Bakıda avtoxuliqan qəza törətdi: iki yaralı - VİDEO

Hadisə

203

Bakıda avtoxuliqan qəza törətdi: iki yaralı - VİDEOBakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və yol kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Avtomobildəki sərnişin ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Sürücü Pərvin Babayev isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücünün xilas edilməsi üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Yaralı sürücü təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü Pərvin Babayev Naxçıvani küçəsindən başlayaraq avtoxuliqanlıq hərəkətləri edib, Nobel prospektində avtomobilin idarəetməsini itirib və qəza baş verib.
Conflict.az