“Mercedes” süpürgəçi qadını vurub öldürdü

Hadisə

96

“Mercedes” süpürgəçi qadını vurub öldürdüDünən Bakıda piyadanın ölümü ilə nəticələnən 2 yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, dekabrın 20-də saat 15 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Knyaz Abbasov idarə etdiyi "İveco" markalı avtomobili ilə yolu keçən qəsəbə sakini Kəmalə Tahirovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa dekabrın 20-də saat 07 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Seyran Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində təmizlik işləri aparan Yardımlı rayon sakini Minarə Abıyevanı vurub. Nəticədə M.Abıyeva hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.
Conflict.az