Bərdədə faciə: ildırım çobanı vurub öldürdü

Hadisə

260

Bərdədə faciə: ildırım çobanı vurub öldürdü Bu gün Bərdədə 50 yaşlı kişini ildırım vurub.

Conflict.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə saat 08 radələrində rayonun Ləmbəran kəndində qeydə alınıb.
Kənd sakini 50 yaşlı Mayıl Süleyman oğlu Süleymanov heyvanları örüşə çıxarıb. Kişi heyvanları otararkən ildırım çaxırmış. Bu zaman kişini ildırım vurub. Mayıl Süleymanov yerindəcə keçinib.
Qeyd edək ki, Mayıl Süleymanov ildırım çaxan zaman telefonla danışırmış.
Faktla bağlı araşdırma aparılır.
Conflict.az