Bakıda qəza: qadın sürücü maşın aşırdı

Hadisə

225

Bakıda qəza: qadın sürücü maşın aşırdıBakının Səbayel rayonu ərazisində yol qəzası baş verib, qəzaya uğrayan üç avtomobildən biri aşıb.

APA-nın məlumatına görə, hadisə Dövlət bayrağı meydanının yaxınlığında qeydə alınıb.

Yolun Bibiheybət istiqamətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Viktor Pavlovun idarə etdiyi “Mitsubishi” markalı pikap avtomobilinə çırpılıb.
Bakıda qəza: qadın sürücü maşın aşırdı
Nəticədə “Mitsubishi” aşıb. Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn “Hyundai” markalı digər avtomobil isə qəzaya uğramış avtomobilə çırpılıb, sürücü Elşən Mustafayev idarəetməni itirib və maşını yol kənarındakı yaşayış divarına vurub.
Bakıda qəza: qadın sürücü maşın aşırdı
Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya “Hyundai”nin sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda, “Mitsubishi”inin sürət həddini aşdığı, digər “Hyundai”nin sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur.
Bakıda qəza: qadın sürücü maşın aşırdı
Faktla bağlı araşdırmalar davam etdirilir.
Conflict.az