Goranboyda evdə partlayış, 4 ailə üzvü xəsarət aldı - VİDEO

Hadisə / Video

126

Goranboyda evdə partlayış, 4 ailə üzvü xəsarət aldı - VİDEOGoranboyda evdə partlayış, 4 ailə üzvü xəsarət aldı - VİDEOTTV (Region TV) xəbər verir ki, Goranboyun Ağcakənd qəsəbəsində ailə faciəsi yaşanıb.
Kənd sakini İnqilab Qasımova məxsus evdə qaz sızması partlayışa səbəb olub.

Nəticədə ailənin 4 üzvü - İnqilab Qasımov, həyat yoldaşı Şəbnəm Qasımova, övladları 9 yaşlı Yaqut və 8 yaşlı İsa müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal qonşuların köməyi ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan TTV-yə verilən məlumata görə, İnqilab Qasımovun vəziyyəti ağırdır. Şəbnəm Qasımovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda yaralılar reanimasiya şöbəsində yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Conflict.az