Ticarət mərkəzində oğurluq

Hadisə

118

Ticarət mərkəzində oğurluq Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gündüz Quliyevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlayan paytaxt sakini Manaf Paşayev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Conflict.az