Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO

Hadisə

84

Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO Qəza zamanı yanan maşın yerüstü piyada keçidinin əsas hissəsini də məhv edib.
Bu gecə Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə Atatürk prospekti arasında olan hissəsində yerləşən yerüstü piyada keçidində yanğın baş verib.
Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO
Azəryolservis-dən verilən məlumata görə, piyada keçidində yanğın baş vermiş avtomobil qəzası zamanı yaranıb.

Sözügedən prospektin əsas yolundan yan yoluna, Atatürk prospektinə doğru keçmək istəyərkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini öncə yol ayrıcında olan səki daşlarına, daha sonra isə yerüstü piyada keçidinin qarşısında yerləşən avtobus dayanacağına və işıq dirəyinə çırpıb.
Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO
Zərbə nəticəsində avtomobil yanmağa başlayıb. Yanğın qısa müddət ərzində piyada keçidinə də keçib.

Əraziyə çağırılan Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını ala biliblər.


Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO


Bədbəxt hadisə zamanı yerüstü piyada keçidinin bir hissəsinin üzlüyü, dam örtüyü və metal konstruksiyaları, həmçinin girişdə olan eskalatorların bir hissəsi yanaraq sıradan çıxıb. Bundan başqa qəza zamanı piyada keçidinin pilləkanlarının mərmər üzlükləri və səki daşları qırılaraq, yararsız hala düşüb.
Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO

Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO

Baş vermiş dəhşətli qəzadan son görüntülər -FOTO
Xatırladaq ki, qəzaya uğrayan "Subaru" markalı minik avtomobili olub. Gecə saatlarında maşın yüksək sürət nəticəsində yolun kənarındakı maşrut dayanacağına çırpılıb. Nəticədə dayanacaq yararsız hala düşüb.

Qəzadan bir neçə dəqiqə sonra isə, avtomobil alovlanmağa başlayıb. Xoşbəxtlikdən ətrafda olan taksi sürücüləri maşında olan sərnişinləri yanğın böyümədən ərazidən uzaqlaşdıra biliblər. Hadisə şahidlərinin musavat.com-a verdikləri məlumata görə, yanğın o qədər şiddətli olub ki, avtomobildən əsər-əlamət qalmayıb.
Hadisə zamanı bir neçə dəfə partlayış səsi də eşidilib.
Conflict.az