Şadlıq evində kütləvi dava

Hadisə

85

Şadlıq evində kütləvi dava Ötən gün gecə yarısına yaxın “Anar” şadlıq evində keçirilən toy mərasimində kütləvi dava baş verib.

Hadisə şahidinin verdiyi məlumata görə, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Anar” şadlıq evində keçirilən toya dəvət edilən qonaqlar arasında baş verən kütləvi davanı sakitləşdirmək mümkün olmadığından, hadisə yerinə polis çağırılıb. Hazırda çoxsaylı Post Patrul Xidməti əməkdaşının hadisə yerində olduğu bildirilir.

Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsindən faktı təsdiqləsələr də, əlavə məlumat verilmədi.
Conflict.az