Biz kimlə savaşırıq? - Soylu

Gündəm / Dünya

63

 Biz kimlə savaşırıq? - SoyluDünyaya səslənirəm. Dünən Ağcaqalada sivilləri kimin vurduğunu gördük. “Sülh çeşməsi” əməliyyatının ilk şəhidi 9 aylıq suriyalı körpəmiz oldu. İnanırıq ki, cəsədi sahilə çıxan Aylan körpə ilə birlikdə cənnətdə dost olarlar. Dünya bizə cavab versin: Dinc insanları vuran kimmiş?

Bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Həm daxildə, həm də dünyadakı fikirləri qarışıq insanlara başqa bir sualım da var. Türkiyəyə atılan minaatan mərmiləri suveren dövlətdən atılıb? Biz terrorla mübarizə apardığımızı deyirik, onlar “yox” deyirlər. O zaman bunlar kimdir? O, mərmini kim atıb? Bizə onu desinlər. Çətin sual deyil, mənə bir ad desinlər. Hər zaman etdikləri kimi susacaqlar, biz isə vəzifədən uzaqlaşdırdığımız bələdiyyələrin binalarında raketlər tapırıq”, - Soylu bildirib.