CAVİD QURBANOVUN MÜAVİNİ ÇEXİYADAKI ŞİRKƏTİNİ BAĞLADI – FAKT

Gündəm

161

CAVİD QURBANOVUN MÜAVİNİ ÇEXİYADAKI ŞİRKƏTİNİ BAĞLADI – FAKTSosial şəbəkədə məlumatlar yayıldıqdan sonra ADY-nin sədr müavini Çexiyadakı C E T S, s.r.o.şirkətini ləğv edib...
Bir müddət öncə mediada Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin həmtəsisçilərindən birinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun müavini Hicran Valehovun olması ilə bağlı sənədlər ictimaiyyətdə yayımlanmışdı. Bu sənədlərdən sonra dərhal hərəkətə keçən Valehov 2017-ci ildə çexiyalılardan aldığı C E T S, s.r.o.şirkətinin ləğvi üçün iyul ayının 17-də Çexiya Ədliyyə Nazirliyinə müraciət edib.
CAVİD QURBANOVUN MÜAVİNİ ÇEXİYADAKI ŞİRKƏTİNİ BAĞLADI – FAKT
Qeyd edək ki, CE T S, s.r.o.şirkətinin digər hissədarı 2017-ci ildən A L L İ A N C E – G R O U P adlı şirkətdir və bu şirkətin də 50% payçısı Hicran Valehovun qardaşı Məhəmməd Valehovdur. Valehovların şəriki isə Çexiyada yaşayan Aynur Süleymanlı və Aydın Süleymanlı adında şəxslərdir.
CAVİD QURBANOVUN MÜAVİNİ ÇEXİYADAKI ŞİRKƏTİNİ BAĞLADI – FAKTCAVİD QURBANOVUN MÜAVİNİ ÇEXİYADAKI ŞİRKƏTİNİ BAĞLADI – FAKT
Hazırda şirkətin vəsaitinin hara köçürülməsi ilə bağlı PİA.az araşdırma aparır. Araşdırmanın nəticələri ilə oxucularımızı tanış edəcəyik.CAVİD QURBANOVUN MÜAVİNİ ÇEXİYADAKI ŞİRKƏTİNİ BAĞLADI – FAKT

Conflict.az