Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər – FOTOLAR

Gündəm / Bölgə

67

Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər – FOTOLAR“Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanovun və bələdiyyə sədri Tahir Kərimovun fəaliyyətsizliyi nəticəsində kəndin problemləri günü-gündən artmaqdadır ki, buna görə sakinlər çox əziyyət çəkirlər”. Bu barədə kənd sakinlərinin AzEuroNews.com-a göndərdikləri şikayət məktubunda deyilir.

Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər – FOTOLAR
Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər – FOTOLAR
Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər – FOTOLAR
Sakinlər yazırlar: “Ucar rayonu Müsüslü kəndi Bak-Qazax magistral yolunun kənarında yerləşir. Kəndin iri və xırda buynuzlu heyvanlarının örüş yerləri və orta məktəb Bakı-Qazax magistral yolunun əks istqamətində yerləşir deyə yeraltı keçidin olmamasına görə tez-tez faciə ilə üzləşirik. Hər gün səhər saatlarında kəndin naxırı və məktəblilər magistral yolundan əks istiqamətə keçib axşam saatlarında qayıdırlar. Həmin vaxt yüksək sürətlə hərəkət edən avtomobillər heyvanları və şagirdləri vuraraq öldürür. Oxşar hadisələr çoxlu sayda baş versə də heç bir tədbir görülmür. Həttda bu yolda piyada keçidinin olmamasına görə iki məktəbli uşağı avtomobil vurub öldürmüşdü. Qoyulan piyada keçidi isə yararsızdır. Həmin keçidə kanalizasiya suyu axıdılır, qaz borusu keçirilib ki, bu insan həyatı üçün ciddi təhlükədir. Hansı ki, qaz kəmərinin keçirilməsi üçün dövlət tərəfindən torpaq ayrılıb. Bakı-Qazax magistral yolunun çəkilişi zamanı genişləndimə məqsədi ilə yolun kənarında sakinlərə məxsus torpaq sahələri dövlət tərəfindən pul verilib alınsa da, hələ də həmin hasarlar sökülməyib, genişləndirilməyib, yolun kənarı darısqal olaraq qalıb. Biz üzləşdiyimiz bu problemin həll edilməsi üçün Azərbaycan Avtomobili Yolları ASC-nin sədri Saleh Məmmədova ərizə ilə müraciət etsək də heç bir tədbir görməyib”.


Kəns sakinlərinin sözlərinə görə, əkin torpaqlarının suvarılması üçün su arxları, su kanalları lildən, qamışdan, koldan-kosdan təmizlənmir deyə su üzünə həsrət qalıblar: “Əkinlərimiz susuzluqdan məhv olur. Kəndin örüş torpalarını bəzi imkanlı şəxslər zəbt edib təyinatı dəyişdirilmədən orada əkinçilik ediblər. Bu isə ciddi qanunsuzluqdur ki, şəraiti kənd icra nümayəndəsi Fuad Bəbirxanov və bələdiyyə sədri Tahir Kərimov yaradıblar. Müsüslü kəndinə heç bir diqqət yetirilmir, kənd sakinləri məmur özbaşınalığına görə zülm, əziyyət çəkir”.


Sakinlərin şikayəti ilə bağlı Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanov və bələdiyyə sədri Tahir Kərimovla əlaqə yaratmaq cəhlərimiz heç cürə alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.


Conflict.az