MÜŞTƏRİSİ “PAŞASIĞORTA”DAN ŞİKAYƏTÇİDİR - "...SIĞORTA ŞİRKƏTİ ONU CƏMİ 70 MANAT QİYMƏTLƏNDİRİB"

Gündəm

141

MÜŞTƏRİSİ “PAŞASIĞORTA”DAN ŞİKAYƏTÇİDİR - "...SIĞORTA ŞİRKƏTİ ONU CƏMİ 70 MANAT QİYMƏTLƏNDİRİB"Göyçay ş. sakini Namiq Əhmədov qəza zamanı avtomobilinə dəymiş ziyanın ödənilməsi üşün “Paşasığorta” şirkətinin avtomobil hissələrini bazar qiyətlərindən olduqca az qiymətləndirmələrindən narazıdır.

DİA.AZ xəbər verir ki, şikayətçinin sözlərinə görə avtomobilin arxa yük yerinin qapısı bazarda 180 manat olduğu halda,sığorta şirkəti onu cəmi 70 manat qiymətləndirib. Digər detallardada həmçinin real qiymətlərindən 4-5 dəfə aşağı qiymətlə hesablanıb zərərçəkmiş avtomobil sahibinə ödənilməsi nəzərdə tutulur. Namiq Əhmədovun bununla başlı şirkət rəhbərliyinə şikayəti isə cavabsız qalır.


Conflict.az