İmişlli Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Əzimov mənimsəmələri ört-basdır etmək üçün “Karranti”ni axtarır

Gündəm / Cəmiyyət / Bölgə

220

İmişlli Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Əzimov mənimsəmələri ört-basdır etmək üçün “Karranti”ni axtarır
Bir neçə gün öncə İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatlar əsasında dərc etdiyimiz “İmişli Mədəniyyət və Turizm idarəsində əlilərə çatmalı olan vəsait nə üçün verilmir?” – adlı araşdırma idarə rəisi Nazim Əzimovu ciddi narahat edib. Məhz bu amil onun ötən həftənin 5-ci günü toplantı keçirməsinə səbəb olub. Xatırladaq ki, rayondakı mənbədən Conflict.az-a daxil olan məlumatda deyilirdi ki, bu dövlət müəssisəsində çalışan 2-ci və 3-cü qrup əlillərin həmkarlar təşkilatları tərəfindən əmək haqlarına əlavə edilən 15-20%-lik vəsait artıq 3 ildir ki, naməlum şəraitdə mənimsənilir. Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, Mədəniyyət və Turizm nazirliyinin bu subyektində ilk mənimsəmə faktl deyil. İmişli Mədəniyyət və Turizm idarəsi hələ 2015-ci ildə medianın gündəminə bu dövlət müəssisəsinə rəhbərlik edən Süleyman Bəşirovun maliyyə maxinasiyaları ilə gəlmişdi. Həmin vaxt söhbət kifayət qədər ciddi rəqəmdən gedirdi. Və bu hal o zaman məhkəmə predmetidə olmuşdu. Süleyman Bəşirov bir neçə müddət həbsdə qalsa da, məhkəmə qərarı ilə dövlətə dəymiş ziyan ödənildikdən sonra azadlığa buraxılmışdı.
Hal-hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan İmişli Mədəniyyət və Turizm idarəsində baş verənlərlə bağlı redaksiyaya məlumat verən mənbə dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Regional idarənin baş mühasibi Saday müəllimlə əlaqə saxlanıldığını da bildirdi. Saday müəllim həmkarlar təşkilatı tərəfindən 2-ci və 3-cü qrup əlillərin əmək haqlarına edilən 15-20%-lik vəsaitin hər ay İmişli MTİ-nin balansına köçürüldüyünü bildirib. Deməli vəsait məhz İmişlidə mənimsənilir. Həm də nə az, nə də çox, düz 3 ildir. Görəsən bu mənisəmə faktından Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin xəbəri varmı? Əgər varsa Nazim Əzimovla bağlı qanunamüvafiq tədbir nədən görülmür? Axı dövlət vəsaiti mənimsənilir. Yox əgər xəbəri yoxdursa, o halda biz media olaraq üstümüzə düşən vəzifəni – informasiya ötürücüsü olaraq artıq onun da diqqətinə çatdırdıq. Cənab nazir 3 ildir ki, İmişli Mədəniyyət və Turizm idarəsində ciddi qanun pozuntusuna yol verilir.
Mənbənin verdiyi məlumatda qeyd edilir ki, ötən həftənin 5-ci günü keçirilən tədbirdə Nazim Əzimov inkarın yersiz olduğunu görərək mənimsəmə faktı ilə bağlı özünə belə haqq qazandırıb: “Mən idarəyə çoxlu sayda işçi götürmüşəm. Həmkarlar İttifaqının əlillərin əmək haqlarına etdiyi əlavə 15-20%-lik vəsaitləri həmin şəxslərə əmək haqqı kimi verirəm.” Bu zaman ortaya maraqlı nüans çıxır. Axı normadan artıq işçi götürmək səlahiyyətini Nazim Əzimova kim verib? Mədəniyyət və Turizm nazirliyi, İmişli rayon İcra Hakimiyyəti və nəhayət İmişli rayonu üzrə Maliyyə idarəsi bəs hara baxır? Axı bu idarə dövlə müəssisəsidir. Necə olur ki, bir müdir öz ağlına görə istədiyi qədər işçilər götürür və onların əmək haqlarını başqa işçilərin əmək haqlarına edilən əlavələr hesabına ödəyir. Bu sadəcə nosensdir. Türklər demiş düpədüz palavradır. Və onu da qeyd edək ki, Nazim Əzimov mənimsəmə faktının üstünün açılmasından ciddi narahat olduğu üçün son toplantıda qeyd edib ki: ”Mən içimizdəki xainin kim olduğunu axtarıb tapacam. Mətbuata məlumat öz içərimizdən verilib.” Biri bu şəxsə desin ki, adamalrın haqqını qanunsuz olaraq mənimsəmə faktına son qoy. Yoxsa sən partizan Mixaylo deyilsən ki, hər yerdə Karrantini axtarasan. İnsanlar haqqlarını tələb edir. Haqqını tələb edən nədən xain olsun ki?
Məlumatda o da qeyd edilir ki, Nazim Əzimovun əsas gəlir mənbəyindən biri də idarəyə götürdüyü bəzi işçilərin rayon ərazisində mütəmadi olaraq toylara getməsidir. Belə ki, işçilər müsiqiçi və ya müğənni qismində el şənliklərində iştirak etdikləri üçün əmək haqqı kartları idarə rəisində olur. Beləliklə İmişlinin palatka meqastarları da cənab Nazim Əzimovun şəxsi büdcəsinin böyüməsinin səbəbkarlarıdırlar. Xatırladaq ki, yuxarıda göstərilən hallar kənd klublarının işçiləri üçün də keçərlidir.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.


Conflict.az