İMAN NAĞIYEVİN ADI MƏNZİL QALMAQALINDA

Gündəm

71

İMAN NAĞIYEVİN ADI MƏNZİL QALMAQALINDAÜmummilli lider Heydər Əlirza oğlu Əliyevin Naxçıvanda tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından birinin ailəsi Prezident İlham Əliyevdən kömək istəyir...

Şikayətçi ailə: ““Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilib talan olunması üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı...”

Bakı şəhər sakinləri- Musayeva Natəvan Əhəd qızı və Musayev isa Vahid oğlu tərəfindən redaksiyamıza təqdim olunmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlı şikayət məktubu və əlavə olunmuş sənədləri ətraflı öyrəndik. Sonra şikayətdə adı hallanan “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı ilə əlaqə saxlamağa çalışdıq. Lakin bizə təqdim edilmiş mobil telefonuna bir həftədir etdiyimiz zənglər cavabsız qalmaqdadır. Odur ki, qarşı tərəfin cavab haqqını tanımaqla müvafiq sənədlər əsasında hazırlanmış və şikayətçilərin hüquqi nümayəndəsi tərəfindən təqdim edilmiş yazını təqdim edirik:

Azərbaycan Prezidenti cənab İlham Əliyevə!

Çox hörmətli cənab prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisədaxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Məsələnin bu yerə gəlib çıxmasında həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilib talan olunması üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı. O, (Memar-3 MTK-nın sədri A.Rəhimova) qanuni əsaslarla bizim tikdirdiyimiz 37 saylı mənzili ələ keçirilib, satılıb, talanmasında öz ətrafına topladığı keçmiş MTN-nin zabiti Bağırlı Rasim Yusif oğlu və ona hüquqi yardım etmiş Abdullayev Loğman Qüdrət oğlu, Məmmədov Tofiq Yaqub oğlu, Məmmədov Elxan Məmməd oğlu və qanunsuz qətnamələrin çıxarılmasında Bakı Apellyasiya Məhkəməsinin, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin rəhbərliyi, eləcə də Azərbaycan Respublikasının yuxarı instansiya məhkəmələrində yüksək vəzifə tutmuş bir qrup məsul şəxslərin havadarlığı ilə onların tapşırıqlarını icra edərək qanunsuz və əsassız qətnamələr çıxarmış çoxsaylı hakimlər iştirak etmişlər.

Elə bunun nəticəsidir ki, mən və oğlum 1998-2003-cü illərdə “Memar-3” MTK-də pay hüququ ilə tikdirdiyimiz 37 saylı mənzili və digər ümumi birgə əmlaklarda şəxsi və miras mülkiyyət hüquqlarımızı qanunsuz və əsassız şəkildə itirməli olmuşuq.

O vaxtdan hazırki dövrədək artıq 11 ildir məhkəmə mübahisələrinə cəlb olunmuşam. Ancaq ötən müddətdə bu mütəşəkkil dəstənin fəaliyyəti barədə 30 dəfə Prezident Aparatı Hüquq Mühafizə Şöbəsində qəbul olunaraq ərizə və müraciətlər etmiş, qəbulum üçün Bakı Apellyasiya Məhkəməsi sədri cənab İman Nağıyevə siyahılar göndərilsə də, o məni qəbul etməkdən imtina etmişdir. Lakin Apellyasiya şikayəti üzrə iş №2(103)-5480/2015 saylı 02 noyabr 2015-ci il tarixli qətnamə qəbul edilərkən İ.Nağıyev öz təşəbbüsü ilə məni iş otağında qəbul edərək bu mənzil barədə mübahisə aparmamağımı və ondan əl çəkməyimi, ilkin ödədiyim pulu alıb mülki işdən geri çəkilməyimi tələb etdi.

Mənə bir daha aşkar oldu ki, “Memar-3” MTK-nın sədri A.Rəhimovanın etiraf edərək - dediyi kimi, “Memar-3” MTK-da 37 saylı bizə məxsus mənzil formal olaraq Məmmədov Tofiq Yaqub oğlu və Məmmədov Elxan Məmməd oğlunun adına təkrar-təkrar keçirilmişdir. Əsl həqiqətdə isə etiraf olunaraq deyildiyi kimi, bu evin de-fakto sahibi Bakı Apellyasiya Məhkəməsinin sədridir.

“Memar-3” MTK-da mənzilin addan-ada keçirilməsinə dair kooperativin ümumi yığıncağı keçirilmədən 3 dəfə saxta protokol-çıxarış və qərarlar tərtib olunmuş, evə dair mübahisə məhkəmə icraatında və istintaqda olarkən qərəzli olaraq formal görüntü yaradılaraq təkrar-təkrar satılaraq pulu ələ keçirilib talanmışdır.

Bu hərəkətləri təsdiq edən onlarla məhkəmə qətnamə, qərardad və qərarları qəbul olunmuşdur. Mübahisələr üzrə 2008-ci ildən bu günə kimi 30 dəfədən çox ölkə rəhbərliyinədək ünvanladığımız ərizə və müraciətlərin bir hissəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatına göndərilmiş, orada 24 dəfə adım qəbul siyahısında olsa da Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev məni əvvəlcə qəbul etməmiş, son anda yeni müraciət əsasında qəbul edərək dinləmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanunsuz və əsassız qətnaməsi birinci, ikinci və üçüncü kassasiya şikayətləri əsasında ləğv edilərək yenidən 4-cü dəfə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına qaytarılmışdır. Yenidən dördüncü Apellyasiya baxışı təmin edilmişdir...

Artıq bütün bu hərəkətlər onu deməyə əsas verir ki, Bakı Apellyasiya Məhkəməsində bizə məlum yüksək vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə edərək məhkəmə hakimiyyətindən alət kimi öz zorakı gücü ilə “Memar-3” MTK-da tikdirdiyimiz 37 saylı mənzili Ali Məhkəmənin qərarlarının və Konstitusiya Məhkəməsi plenumunun iş barədə xüsusi qərarının məcburi göstərişlərini saymamış və öz şəxsi malı kimi özünə mülkiyyət əldə etmişdir... Hazırda isə bu planın tərkib hissəsinə daxil olaraq Azərbaycan Respublikasının 2-ci instansiya Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi yüksək vəzifəli şəxslərlə əlaqəyə girərək tutuduqları qulluq mövqeyindən sui-istifadə edərək silsilə şəkilli qanunsuz məhkəmə qətnamələri çıxarılmasını icra etdirərək bizim şəxsi, miras və “Memar-3” MTK-da 37 saylı kooperativ ev mülkiyyət hüquqlarımızı əlimizdən alaraq onu kobud şəkildə pozmuş, həmin mülkiyyəti şəxsi ev əmlaklarına çevirmiş, onu hal-hazırda pozmaqla son nöqtə qoymağa davam edirlər. Tərəflər arasında mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)6309/2016 saylı, 25 iyul 2016-cı il tarixli qanunsuz və əsassız qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına tərəfimizdən Kassasiya şikayəti verilmiş və Ali Məhkəməsinin Mülki kollegiyasının 01.03.2017-ci il tarixli qərarı ilə ləğv edilərək, üçüncü dəfə yeni apellayasiya baxışına qaytarılmış apellyasiya şikayəti 3-cü dəfə təmin olunmadan iş №2(103)-579/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnamə çıxarılmışdır.

Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin iş №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamədən Apellyasiya şikayəti baxışı üzrə 3-cü Apellyasiya baxışına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnamədən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı fiziki şəxslər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən kassasiya şikayəti verilmişdir və ona dair Ali Məhkəmə Mülki Kollegiyasının iş 2(102)-1200/2018 saylı, 27 fevral 2018-ci il tarixli Qərarla ləğv olunaraq yenidən 4-cü Apellyasiya baxışına qaytarılmışdır... Axı bu qədər məhkəmə karuseli yaratmaq kimə lazımdır? Ali Məhkəmə dörd dəfə işi yenidən baxılması üçün geri qaytarırsa, deməli buna əsaslar vardır. Bəs bu əsaslar 4 dəfədir niyə nəzərə alınmır?(Tezadlar.az)


Conflict.az