ƏZİZ ƏZİZOV SOVETSKİDƏ ÜSYAN YETİŞDİRİR: İCRA BAŞÇISININ TƏXRİBATI

Gündəm

55

ƏZİZ ƏZİZOV SOVETSKİDƏ ÜSYAN YETİŞDİRİR: İCRA BAŞÇISININ TƏXRİBATIBakı şəhərinin “Sovetski” məhəlləsinin bir qrup sakini Ədliyyə Nazirliyi önündə etiraz aksiyası keçirib. Rayonun İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların evlərindən çıxarılması barədə 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsində iddia qaldırıb. Məhkəmə isə vətəndaşların iştirakı olmadan onlara az miqdarda kompensasiya ödənilməklə köçürülmələri barədə qərardad çıxarıb.

“Sovetski” sakinləri bu haqda təsadüf nəticəsində məlumat əldə ediblər. Sakinlər bu səbəbə görə Ədliyyə Nazirinin qəbuluna gəliblər. Nazirliyin əməkdaşı onların şikayətlərinin araşdırılacağını deyib.

Qəbuldan çıxan sakinlər məsələ ilə bağlı mediayaya açıqlama verib. Narazı mülkiyətçilərin çıxışlarını təqdim edirik.
[media=http://https://m.youtube.com/watch?v=yH1Dm4cnEVE]


Conflict.az