Məsciddə partlayış - Ölənlər var

Gündəm / Dünya

124

Məsciddə partlayış - Ölənlər varSəlahiyyətli şəxslər partlayış nəticəsində daha 24 nəfərin yaralandığını xəbər verib

Pakistanın Lahor şəhərində yerləşən əsas sufi məscidinin yaxınlığında baş verən partlayışda 9 nəfər ölüb.

"GeoNews" telekanalının mənbələrinə istinadən verdiyi məlumata görə, partlayışın hədəfi Pəncab polisinin elit qüvvələri olub.

Səlahiyyətli şəxslər partlayış nəticəsində daha 24 nəfərin yaralandığını xəbər verib. Onlardan əksəriyyətinin vəziyyətinin kritik olduğu bildirilir.

Şəhər polisinin başçısı Qəzənfər Əli hücumun əsas hədəfinin polis olduğunu təsdiqləyərək, partlayış zamanı yüzlərlə zəvvarın məscidin içərisində və xaricində olduğunu söyləyib.


Conflict.az