Baxçalı: “AKP-ni arzulayırıq”

Gündəm

93

Baxçalı: “AKP-ni arzulayırıq” Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı koalisiya və erkən seçki ehtimallarını qiymətləndirib. Erkən seçki ehtimallarının gücləndiyi bir vaxtda danışan Baxçalı təkbaşına iqtidar olmaq arzusundadır.

Conflict.az xəbər verir ki, Ramazan bayramı münasibətilə partiya qərargahında təşkil olunan mərasimdə danışan MHP lideri koalisiyanın yalnız hakim AKP-yə xeyir verəcəyini deyib:

“Koalisiyaya dəstək versək bu, “AKP-ni arzulayırıq” deməkdir. Onu arzu edəcəyimizə millətin iradəsini arzu edərik”.

Baxçalının fikrincə, koalisiya yaradılacağı təqdirdə MHP ana müxalifət olacaq:

“Siyasi partiyaların koalisiya hökumətində yer almaları ölkəmiz baxımından daha xeyirli olacaq. Bu, eyni zamanda 470 millət vəkilinin TBMM-də güclü hökumət yaradacağına dəstək verəcək. Belə bir vəziyyətdə MHP ana müxalifət vəzifəsini boynuna götürərək bu günki iqtidara nəzarət etmək və onların ölkəmizin gələcəyi ilə bağlı təhlükə və təhdid kəsb edən vəziyyətdə xəbərdar etmək funksiyasını yerinə yetirə bilər. əks halda biz bu koalisiyada olmayacağıq”.
Conflict.az