Sizin reklam burada
Sizin reklam burada

Qəhrəman ana, sabiq deputat, Heydər Əliyevin görüşdüyü prezident təqaüdçüsü: “Vidadi İsayev məndən rüşvət istəyir” - ŞOK video

Qəhrəman ana, sabiq deputat, Heydər Əliyevin görüşdüyü prezident təqaüdçüsü: “Vidadi İsayev məndən rüşvət istəyir” - ŞOK video“Əvvəllər güman edirdim ki, Bərdənin icra başçısı Vidadi İsayev təkcə mənimlə ədavət aparır, bir şəhid qardaşı, məcburi köçkün olaraq təkcə mənimlə maraqlanmır, qəbul etmir, problemlərimi araşdırmır.
Amma sizə təqdim edəcəyim video materialdan sonra aydın oldu ki, icra başçısı bütün bərdəlilərin, burada məskunlaşan məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinə biganə imiş”.

Cahan.info xəbər verir ki, bu fikirləri Salmanzadə TV layihəsinin rəhbəri, müstəqil jurnalist Xəyyam Salmanzadə bildirib. Onun təqdim etdiyi video reportajda səslənən ittihamların bu günə kimi misli görünməyib.

Belə ki, Laçının Şam kəndindən məcburi köçkün, SSRİ Ali Sovetinin 7-ci və 8-ci çağırışlarında deputat olmuş, 3 oğlunu Qarabağ uğrunda itirmiş, “Sosialist əməyi” qəhrəmanı, prezident təqaüdçüsü Şərqiyyə Vəliyevadan Bərdə Rayon İcra Hakimiyyəti rüşvət istəyir.

Şəhid anası, prezident təqaüdçüsü, Ümummilli lider Heydər Əliyevlə görüşmüş, Daxili İşlər naziri Ramil Usubov tərəfindən daima diqqət, qayğı görmüş Ş.Vəliyeva Bərdə RİH-dən sərəncam ala bilmir ki, ev tiksin.

Belə özbaşınalıq, belə aşkar qanunsuzluq indiyə qədər olmamışdı. V.İsayev bu dəfə bütün qırmızı xətləri keçərək dövlət rəhbərliyinin əleyhinə addım atıb.





Hazırda Bərdənin su anbarı deyilən ərazisinə bir qarajda yaşayan Ş.Vəliyeva deyir ki, yaşayışından şikayəti yoxdur. Vaxtilə ona DİN rəhbəri R.Usubov təklif edib ki, öz evinin yaxınlığında bir ev alsın.

Lakin Şərqiyyə ana təşəkkür edərək Bərdədə yaşamaq istədiyini, prezident təqaüdü ilə aldığı torpaqda bağ salmaq arzusunu dilə gətirib.

“Mən 1936-cil təvəllüdəm. Zəhmətimi Heydər Əliyev qiymətləndirib. Amma indi çətinliyə düşmüşəm. Mən o anayam ki, 3 oğul itirmişəm. Vəliyev Füzuli pilot olub, 250 uçuş edib erməni üzərinə, camaatı çıxarıb.

Oğlum Vidadi Vəliyev Qarabağ veteranıydı, dünyasını dəyişdi. Vəliyev Xaqani əhalini maşınla Murova çatdırıb, qayıdanda erməni onun maşınına atəş açmışdı, şəhid oldu, özüm də Qarabağ veteranıyam. Bütün Bərdə qarşıma çıxıb hörmətimi saxlayır”, - deyə üəhrəman ana bildirir.

Qarabağ veteranı Ş.Vəliyeva deyir ki, 1 hektar torpaqda min ağac əkib: “Bərdənin icra başçısı bağın yanındakı yararsız torpağımda ev tikməyə icazə vermir. Dünənki oğlana yer verib, mənə vermir. Heydər Əliyev, İlham Əliyev, Ramil Usubov kimi qardaşlarım var, onlara arxalanmışam.

Ramil Usubov məni tək qəbul elədi, nəvəmi oxutdu, Allah onu var eləsin. İndi istəyirəm ki, ev tikim, bu qarajdakı arxivi ora köçürüm, muzey edim. Burda prezidentlərlə, nazirlərlə görüşlərimin şəkilləri, ordenlərim var. Amma sərəncam vermir”.

Onun qızı Vəliyeva Aybəniz bildirir ki, anası “Qaçqınkom” sədri Rövşən Rzayevlə görüşüb: “Deyib ki, sənədləri gətirin, ona ev tikirik. Sonra Bərdə icra hakimiyyətinə yazdılar. Amma Vidadi İsayev sərəncam vermir ki, “Qaçqınkom” ona ev tiksin.

Anam ayda 1450 manat təqaüd alır, nəvələrini saxlayır. İcra Hakimiyyəti isə bizdən 2000-3000 manat rüşvət istədi ki, sərəncam versin. Anam dedi, gücüm çatmır. Bu nə deməkdir? Heydər Əliyevdən qalan ikinci sosialist əməyi qəhrəmanı olan anadır.

Şamama Həsənova rəhmətə gedib, bircə anam qalıb. Ona da imkan vermirlər ki, ev tiksin. Biz Vidadi İsayevdən istəmirik ki, gəlib bizə ev tiksin, sadəcə, sərəncam versin”.

Prezident təqaüdçüsü dövlət başçısından, R.Usubovdan, Mehriban xanımdan məsələyə reaksiya vermələrini xahiş edib. Şərqiyyə ananın video çıxışına baxın, nəticə çıxarın, artıq şərhə ehtiyac yoxdur...


Conflict.az

  • Sosial şəbəkədə paylaş