Faiq ELEKBEROV- Bakıda Xətainin abidəsinin olması bir gün Bütöv Azərbaycanın yaranmasına işarədir

Gündəm / Elm

368

Faiq ELEKBEROV-  Bakıda Xətainin abidəsinin olması bir gün Bütöv Azərbaycanın yaranmasına işarədir
Doç.Dr. Faiq ELEKBEROV

Bu gün Türk Səfəvilər dövlətinin kurucusu ve ilk şahı Şah İsmayıl Xətayinin doğum günüdür ( 17 iyul, 1487).14 yaşında Tebrizde özünü şah beyan eden Şah İsmayıl 14 ilde 14 ölke feth etmişdir....Şah İsmayıiı kurdugu devletin merkezi ve başkendi Tebriz olmuşdur..
XVI əsrdə Azərbaycanda yaranmış Türk Səfəvilər dövlətinin ideologiyasında «Türk», «Azərbaycan» və «İslam» anlayışları eyni səviyyə daşımışdır. Məsələn, «Azərbaycan» anlayışının milli mənəvi dəyər, ən azı bir yurd yeri kimi Türk Səfəvilər dövləti üçün necə önəmli olması XVI əsrə aid naməlum mənbədə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, XVI əsrə aid naməlum mənbədə yazılır ki, İsmayıl Səfəvi sultanlardan soruşmuşdur: «Siz Azərbaycan səltənətinimi (max-kah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz sualına onlar «Azərbaycan» səltənətini cavabını vermişlər». Azərbaycan Türk Səfəvilər dövlətinin qurucusu Ş.İ.Xətayi bir tərəfdən türk dilini rəsmi dili kimi qəbul etdiyi halda, digər tərəfdən Qızılbaşlılar ideologiyasının yaradıcısı kimi də tarixə düşüb.
Hər halda Səfəvilər dövləti ilk başlanğıcdan türk ruhlu olmaları ilə seçilmişlər. Belə ki, Səfəvilərin başlanğıcında islam dininin şiə məzhəbinə xüsusi yer verilməsi ilə yanaşı, Azərbaycan türk xalqının dilinə, adət-ənənlərinə, mədəniyyətinə uyğun şəkildə siyasət yürüdülmüş, türk dili ilk dəfə dövlət dili kimi qəbul edilmişdir. Hətta türk sülaləsi və hakimiyyəti kimi yaranan Səfəvilər sonrakı dövrlərdə nə qədər farslaşmaya məruz qalmış olsalar da, yenə də İrandan daha çox Azərbaycan türk dövləti adına bağlı olublar. Buna görə də, Səfəvilərin ideologiyası – Azərbaycan türk dövlətinin dilinin türk dili olması, hökmdarların və ordu başçılarının əsasən, türksoylu olması, sarayda türk dilində danışılıması və s. xalq tərəfindən qəbul edilmiş və həmin dövrün yerli mütəfəkkirlərinin əsərlərində təqdir olunmuşdur. Səfəvilər süqut etdikdən sonra (1735-ci il) onun ərazisində yaranan Əfşarlar, Qacarlar və Azərbaycan Türk Xanlıqları da birmənalı şəkildə «Türk Azərbaycan» anlayışları ilə bağlı olmuşlar.
Bu gün Quzey Azerbaycanın başkəndi-Paytaxtı Bakıda Xətayinin abidəsinin olması bir gün Bütöv-Birləşik Azərbaycanın yaranmasına işarədir...

Conflict.az