Məmmədovun hoteli əlindən alındı: - Məşhur obyektin artıq yeni sahibi var

Gündəm / Cəmiyyət

54

Məmmədovun hoteli əlindən alındı: - Məşhur obyektin artıq yeni sahibi varMəmmədovun hoteli əlindən alındı: - Məşhur obyektin artıq yeni sahibi varBakıdakı məşhur beşulduzlu “Excelsior Hotel & Spa” hotelinin mülkiyyətçisi dəyişib.

Məlumata görə, sözügedən hotel “PMD Hospitality” şirkətinin mülkyyətinə keçib.

2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib. “Excelsior Hotel”in mülkiyyətçisinin dəyişməsi barədə məlumatı Fins.az-a hoteldən təsdiqləyiblər.

Xatırladaq ki, “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.Məlumat üçün bildirək ki, hotel sabiq vergilər naziri Fazil Məmmədova məxsus olub. Nazir vəzifəsini itirdikdən sonra hotel ondan alınıb və yeni mülkiyyətçisinə təhvil verilib.

Cebhe.info-ya daxil olan məlumata görə, hotelin sabiq nazirdən alınması oradakı iş mühitinə və əməkdaşlara da təsirsiz ötüşməyib. Belə ki, əməkdaşlara hotelin Fazil Məmmədovdan alındığı elan edilib. Bundan sonra yeni mülkiyyətçi hotelin bir qrup əməkdaşını yenisi ilə əvəzləyib.

Uzun müddət hoteldə işləyən və Fazil Məmmədovun komandası kimi tanınan şəxslərlə yanaşı, bəzi sıravi əməkdaşlarla da birgə fəaliyyətə son qoyulub.
Fazil Məmmədov 2017-ci il 5 dekabrında Prezident Sərəncamı ilə vəzifədən azad edilib və onu bu vəzifədə Mikayıl Cabbarov əvəzləyib.


Conflict.az