Eldar Əzizovun işinə son qoyacağı növbəti kadr kim olacaq?

Gündəm / Cəmiyyət

45

Eldar Əzizovun işinə son qoyacağı növbəti kadr kim olacaq?Eldar Əzizov hələ Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan, yəni hələ birinci müavin olarkən, yaxın ətrafında olanlar da artıq özlərini vəzifə başında görür,münasib yer axtarırdılar. Eldar Əzizov isə”Lifttəmir”, İstehsalat Birliyinin qalmaqallı baş direktoru Qüdrət Şükürovdan başladı. Onun yerinə şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Xalid Ələkbərov təyin etdi. Onun tutduğu vəzifə isə Eldar Əzizov tərəfindən Ayaz Hüseynova həvalə edildi. Aparat rəhbəri Rasim Quliyev vəzifəsindən azad edildikdən sonra İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri təyin edildi. Aparat rəhbəri vəzifəsinə isə Elgün Həbibullayev gətirildi. Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əliyevi də vəzifəsindən azad olunması haqda əmr imzalayan gələcək başçı. onun yerinə Coşqun Cəbrayılovu layiq gördü. İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri Vahid İsmayılovla, yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əliyev vəzifələrindən azad edildikdən sonra heç bir təyinat almadı.

Prezidenti İlham Əliyevin ötən il noyabrın 15-də imzaladığı sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi. Təyinatdan dərhal sonra Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətində struktur və kadr dəyişiklikləri edəcəyi barədə məlumatlar yayıldı. Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradan Eldar Əzizov şöbənin müdiri Zaur Ramazanovu azad edərək Elmin İmanovu sözügedən vəzifəyə təyin etdi. Eldar Əzizov rəsmən İcra Hakimiyyətinin başçısı elan olunduqdan sonra bir sıra mətbuat orqanları və ekspertlər bildirirdilər ki, o, meriyada ciddi kadr dəyişiklikləri edəcək. Göründüyü kimi, vəd edilən dəyişikliklər artıq baş tutdu. Olunan bu dəyişikliyə diqqət yetirdikdə işdən çıxarılanların o, qədər də böyük bir fiqur olmadığı aydın görsənməkdədir. Məsələn Bakı şəhər İcra hakimiyyətinin tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evlərinin müdiri Eldar Yunusovun yarıtmaz fəaliyyəti barədə yazılanlara baxmayaraq hələ də fəaliyyətini davam etdirir . Əhaliyyə Vətəndaşlıq Xidməti Tresti ilə Sanitariya və Texniki Təmizlik İdarəsində də yerdəyişmələrin olacağı bildirilsə də, bu gün sözügedən qurumların rəhbərləri öz işlərini görməkdədirlər. Məlum olduğu kimi Əhaliyyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Cavanşir Tağıyev uzun müddətdir bu vəzifədə çalışır və kifayət qədər əlaqələri olan bir şəxsdir. Onun yerindən tərpədilməsi sual altında olsa da Mübariz Hüseynovun məlumatlara görə Sanitariya və Texniki Təmizlik İdarəsindəki fəaliyyətinə son qoyulması üzərində artıq işlər aparılır.

Məlumatlara görə Eldar Əzizov artıq Sanitariya və Texniki Təmizlik İdarəsindəki fəaliyyətinin yoxlanılması barədə qeyri rəsmi göstərişlər də verib. Bu qeyri rəsmi göstərişin arxasında nələrin durduğu artıq məlumdur. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhər təsərrüfatının balansında müasir tipli qarkürüyücü, qartəmizləyici və duzsəpən avtomobillər mövcuddur. Qarlı havada bu texnikalar vasitəsi ilə yollarda yarana biləcək istənilən çətinliklərin aradan qaldırılması mümkündür. 120 nəfərin çalışdığı Sanitariya və Texniki Təmizlik İdarəsində müasir tipli qartəmizləyici kürüyücü avtoqreyder, ekskavator, kürüyücü-yükləyici avtotraktor, vakuum tipli avtomaşınlar mövcuddur. Məlumdur bu kimi texnika ancaq qış aylarında, yəni paytaxda çoxlu qar yağdığı hallarda hərəkətə gətirilir.

Amma idarənin digər texnikaları MAN, Kamaz və MAZ markalı yükdaşıyan ağırtonnajlı avtomaşınlar gün ərzində fəaliyyətdə olur, yük daşımaları üçün icarəyə verilir. Bu kimi avtomobillərin sutkalıq icarə haqqı isə minlərlə manat dəyərində ölçülür. Məlumatlara görə Mübariz Hüseynovun rəhbərlik etdiyi idarədə bunlardan başqa da ciddi qanun pozuntularına yol verilir.(aktualinfo.org)


Conflict.az