BEYLƏQANIN İCRA BAŞÇISINDAN ABSURD ASFALT FIRILDAĞI- YARISI ÇƏKİLİB, QALANI İSƏ...

Gündəm / Bölgə

83

BEYLƏQANIN İCRA BAŞÇISINDAN ABSURD ASFALT FIRILDAĞI- YARISI ÇƏKİLİB, QALANI İSƏ...Beyləqanın Mücirəddin Beyləqani küçəsinin sakinləri rayonda aparılan abadlıq işlərindən şikayətçidirlər

Cahan.info-ya məlumat verilib ki, bu ilin yanvarında adı çəkilən küçənin yolları bərbad vəziyyətdə olduğu üçün yeni asfalt döşəməsi döşənib.

Lakin bu küçənin yolları yenidən çəkilərkən yolu təmir edənlər Beyləqan rayon rəhbərliyinin göstərişi ilə Beyləqani küçəsinin yalnız inzibati binalar yerləşən hissəsindəki yola asfalt döşəməsi döşəyiblər.

İş icraçıları yolun sakinlər yaşayan hissəsinə aid yolu təmir edilməmiş vəziyyətdə saxlayaraq küçəni tərk ediblər. Görünür, yeni icra başçısı Asif Ağayev yalnız inzibati binaların olduğu yerin asfaltlanmasına tapşırıq verib, qalan vəsait mənimsənilib.

İcra başçısı Beyləqana gəldiyi gündən hələ ki, ağılasığmaz hərəkətləri ilə ad çıxarır. Ondan razılıq edən olmayıb, sakinlərlə görüş keçirməyib. Vaqif Abdullayev dövründən fərqli bir mənzərə olmadığı deyilir. Ona görə də əhali ciddi şəkildə narazıdır.

Beylaqanda Əhalinin Sosial Müdafiəsi idarəsindən yardım alan insanların vəziyyəti də yaxşı deyil. Bu insanlar dövlət sosial yardımı ilə bir ailə dolandırır.

Lakin Beylaqanda bu insanlar Əhalinin Sosial Müdafiəsi idarəsindən haqları olan sosial yardımı almaq üçün problemlərlə üzləşirlər. Bəzilərinin aylardır sosial yardım pullarına bankomat kartlarına köçürmürlər.

Bəziləri isə sosial yardım almalarını davam etdirmək üçün sənəd toplamada problemlərlə qarşılaşırlar. Gəlişi ilə rayonda yalnız mənfi tərəfləri ilə ad çıxarmış A.Ağayev Şamaxıda etmədiklərini Beyləqanda reallaşdırır.

Prezident ona etimad göstərib Beyləqana icra hakimi göndərərkən xalqla işləməyi, V.Abdullayevin dövründən qalan əyər-əskikləri düzəltməyi tapşırıb. Dövlət başçısı istəyir ki, Beyləqana səfərində heç bir problem görməsin, insanlar razılıq etsin.

Amma A.Ağayev Beyləqanın icra başçısı kimi vətəndaşların problemlərini həll etmək yerinə, vətəndaşları aksiya keçirməkə sürükləyir, ayağa qaldırır.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Beyləqan sakinləri İH-nin başçısı Asif Ağayevin uzun müddət qəbuluna düşə bilmədikləri üçün etiraz aksiyası keçirməyə təşəbbüs göstərmişdi.

Həmin vaxt Beyləqan şəhər sakini Həsənov Seymur etiraz aksiyası keçirməyə təşəbbüs göstərən sakinləri videoya çəkərək sosial şəbəkələrdə ictimailəşdirmişdi.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Beyləqan sakinləri İH-nin başçısı Asif Ağayevin uzun müddət qəbuluna düşə bilmədikləri üçün etiraz aksiyası keçirməyə təşəbbüs göstərmişdi.

Həmin vaxt Beyləqan şəhər sakini Həsənov Seymur etiraz aksiyası keçirməyə təşəbbüs göstərən sakinləri videoya çəkərək sosial şəbəkələrdə ictimailəşdirmişdi.

Əldə etdiyimiz məlumata görə bu hadisədən üç gün sonra - yəni, yanvarın 14-də Həsənov Seymura 5 sutka həbs cəzası verilib. S.Həsənov bir sutka sonra sərbət buraxılıb və qalan hər gün üçün 50 manat cərimə ödəməyə məcbur qalıb.

Ona 200 manat cərimə kəsilib. Bu sifarişin nə Bakıdan, nə yüksək orqanlardan gəldiyi bildirilir. Sadəcə, icra başçısının təlimatı əsasında ondan narazı sakinlərin aksiyasını işıqlandıran sakin həbs edilib.

Belə görünür ki, A.Ağayev qəbuluna düşə bilməyən sakinlərlə görüşmək, onların dərd-sərini dinləmək əvəzinə, narazılıq edən camaatı etiraz aksiyası keçirməyə sövq edir, gərginlik yaradır.

Rayon sakinləri isə ümid edirdilər ki, təzə icra başçısı Abdullayevdən fərqli olaraq, onlarla görüşəcək, kimisi işsizlik, kimisi sosial yardım, kimisi yol problemindən danışacaq.


Conflict.az