Rüşvət və əxlaqsızlığa görə qovulan məmura “Qaçqınkom”da yüksək vəzifə verildi

Gündəm / Cəmiyyət

220

Rüşvət və əxlaqsızlığa görə qovulan məmura “Qaçqınkom”da yüksək vəzifə verildiRüşvətə görə Energetika Nazirliyindən qovulan məmura Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.

AzEuroNews.com xəbər verir ki, komitə sədri, deputat Rövşən Rzayev Energetika Nazirliyinin keçmiş əməkdaşı Hacıqulu Sadıqovu Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna rəis vəzifəsinə təyin edib.

Məlumat üçün qeyd edək ki, H.Sadıqov əvvəllər Energetika Nazirliyinin Qaz Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, nazirlikdə rüşvət şəbəkəsi yaratdığına görə, 2017-ci ildə işdən azad edilib. İddialara görə, o, bölgələrdə olan idarələrə tapşırıbmış ki, 500 manata təsdiq edilən layihələrə görə 3500 manat alsınlar. Onun adı idarə əmədkaşına qarşı əxlaqsız hərəkət etdiyinə görə də, mətbuatda hallanıb. Belə ki, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova “Yeni Müsavat”ın redaksiyasına müraciət edərək, idarə rəisinin əxlaqsız təklifini qəbul etməyi üçün işdən çıxarıldığını iddia edib.

Conflict.az