Vaşinqtonda şok toplantı: 7 ölkə Türkiyəyə qarşı birləşdi

Gündəm / Dünya

139

Vaşinqtonda şok toplantı: 7 ölkə Türkiyəyə qarşı birləşdiTürkiyənin Suriyada - Menbiç və Fəratın şərqində PKK/YPG terror təşkilatlarına qarşı keçirmək istədyi hərbi əməliyyata qarşı 7 ölkə bəyannamə imzalayıb.

İŞİD əleyhinə olan 79 ölkədən ibarət koalisiyanın Vaşinqtonda keçirdiyi toplantı zamanı ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərə xarici işlər nazirləri ayrıca yığışaraq Türkiyənin bölgədə stabuilliyi pozan güc olduğunu iddia edən açıqlama yayıb.

Açıqlamada bölgənin sabitliyini pozmaq və ya hərbi vasitəyə əl atmaq istəyənlərin gərginliyin gücləndirilməsinə və toqquşma riskinin artmasına gətirib çıxaracağına əminlik ifadə olunub.

Bəyanatda 7 ölkənin bölgəni nəzarətə götürmək niyyəti vurğulanıb.

Bəyannamənin imzalanalması təşəbbüsünün ABŞ-dan gəldiyi ehtimal olunur. İddialara görə, rəsmi Vaşinqtonun əsas məqsədi Türkiyəni Rusiyadan S-400 raketləri almaqdan çəkindirməkdir.

Conflict.az