Kəbirə Məmmədovanın adı müəmmalı ölüm işində: “Binə” şefi yenə susur və...

Gündəm / Cəmiyyət

75

Kəbirə Məmmədovanın adı müəmmalı ölüm işində: “Binə” şefi yenə susur və...Binə Ticarət Mərkəzi sahibinin başı cəncəldədir.

Cahan.info xəbər verir ki, yanvarın 11-də yarmarkada müəmmalı ölüm işi Kəbirə Məmmədovanın üzərinə nəzərləri fokuslayıb.

Bu barədə bakupost.az yazıb. Ticarət mərkəzində süpürgəçi işləyən 1978-ci il təvəllüdlü Qaradağ rayon sakini Hacıyeva Səfaqət Güləhməd qızı faciəvi şəkildə ölüb.

İki uşaq anasının hansı səbəbdən öldüyü bilinmir. “Binə”də çalışanların bir qismi mərhumun yaxınlarına onun uçan bir mağazanın altında qaldığını bildiriblər.

Bəzi satıcılar isə Ş.Hacıyevanın avtomobil vurması nəticəsində dünyasını dəyişdiyini söyləyiblər. Ötən müddətdə bazar rəhbərliyi Ş.Hacıyevanın nə ailəsinə baş çəkib, nə yaxınlarına hansı səbəbdən öldüyünü bildiriblər.

Mərhumun yaxınları Kəbirə Məmmədovadan aidiyyətı qurumlara şikayət etməyə hazırlaşır. İstintaq onun uçan mağaza altında qalaraq öldüyünü təsdiqləsə, K.Məmmədova məsuliyyətə cəlb oluna bilər. Onun ən azından mərhumun ailəsinə kompensasiya ödəmək məcburiyyəti yaranacaq.

Lakin “Binə” sahibəsinin gücünü, yuxarılarda hansı əlaqələrə malik olduğunu nəzərə alsaq, məhkəmələrin sifarişlə işlədiyini hesablasaq, ötən müddətdə K.Məmmədovanı gizli əllər qoruduğunu xatırlasaq, bu işin üstü çətin ki açılsın.

Bir süpürgəçiyə görə bu ölkədə hansı vəzifəli, imkanlı şəxs cəzalandırılıb ki?! Odur ki, ölüm işinin istintaqından sonra məhkəmənin hansı qərar verəcəyi müəmmalıdır.

İlk növbədə Hacıyevanın nədən öldüyü araşdırılmalı, istintaq ölüm səbəbini üzə çıxarmalıdır. Bundan sonra hansısa mülahizələr yürütmək mümkündür.

İndiki halda bakupost 2 ehtimalı irəli sürüb: uçan mağaza altında qalması və avtoqəza...K.Məmmədova isə həmişə olduğu kimi, bazarda baş verən neqativlərlə bağlı susur.

Onun bu günə qədər bazarda ölüm işi, yanğın, qanunsuz yığım, yer pulu artırılması, ticarətçilərin qeyri-qanuni rüsumlar istənilməsi haqda şikayətlərinə reaksiya verdiyini xatırlamaq mümkün deyil.

K.Məmmədova arxasındakı qüvvələrə arxayındır və istədiyini həyata keçirir. Amma bu ölkədə həddini aşan məmurların, vəzifə və imkan sahiblərinin axır aqibəti heç də yaxşı bitməyib.

Prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsində İctimai Televiziyada namizədlərin teledebatı zamanı ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətin apardığı siyasəti ümumi tənqid etməklə yanaşı iş adamlarının üzləşdikləri problemlərlə bağlı konkret faktlar da açıqlayırdı.

Prezidentliyə namizəd bu sırada “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova tərəfindən aldadılan sahibkar Şahin Əliyevin də adını çəkmişdi. Bildirmişdi ki, Ş.Əliyevin 32 min dolları K.Məmmədova tərəfindən mənimsənilib.

İş adamı Şahin Əliyev “AzPolitika.info” saytına müraciətində iri biznes strukturlarından birinə rəhbərlik edən Kəbirə Məmmədova tərəfindən necə aldadıldığını açıqlayıb. Onun sözlərinə görə, Kəbirə Məmmədova yalan vədlərlə, bir növ dələduzluq yolu ilə 32 min dollarını mənimsəyib.

Kəbirə Məmmədova da əslində bizə verilməli olan dükanları həmin adamlara satmaq üçün hiylə işlətdi. Sıraları əvvəlcədən nəzərdə tutulduğu kimi 1,2,3 və sair şəkildə deyil, 1a, 1b, 1c, 1d, 2a, 2b, 2c və sair kimi işarələməyə başladı.

Beləliklə, əvvəlcədən 1-ci, 2-ci, 3-cü və sair sıralarda yer alanlar müvafiq olaraq 1a, 2a, 3a və sair sıralara yerləşdirildi. 1b, 1c, 1d, 2b, 2c və sair sıralarda yerləşənlər isə əllələrində pul yeni dükan almaq üçün sonradan gələn şəxslərə satıldı.

Yəni, sıralar əvvvəlcədən nəzərdə tutulduğu şəkildə nömrələnsəydi, bizim dükanlar çoxdan təhvil verilmişdi. Ancaq belə edilmədi.

Bu isə o deməkdir ki, bizə verilməli olan dükanlar, sıraların işarəsi dəyişdirilməklə, başqalarına satılıb. Yəni, faktiki olaraq əvvəlcə bizə satılmış olan dükanlar sonradan başqalarına satılıb. Bu isə dələduzluqdur”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Conflict.az