Sumqayıt şəhər 9 saylı məktəbin direktoru Həqiqət Abdullayeva mediadakı “təmsilçisi” vasitəsilə baş redaktorları hədələyir

Gündəm / Cəmiyyət / Bölgə

130

Sumqayıt şəhər 9 saylı məktəbin direktoru Həqiqət Abdullayeva mediadakı “təmsilçisi” vasitəsilə baş redaktorları hədələyirSumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayeva artıq bir neçə həftədir ki, öz hərəkətləri ilə medianın gündəmini müəyyən edir. Xatırladaq ki, pedaqoji kollektivin bir neçə nümayəndəsi ilə xanım Abdullayeva arasında baş verən qarşıdurmaya aid araşdırmalar, səs yazıları və s. mətbuatda dərc edisə də, aidiyyatı strukturlar – konkret olaraq Təhsil nazirliyinin müşahidəçi mövqeyi hələ də davam edir. Oxucuların nəzərinə çatdıraq ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi olan Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurmaya müəllimlərin şikayəti əsasında Sumqayıt şəhər prokurorluğu da qarışmışdı. Hətta Həqqət Abdullayevanın köməkçisi Aynurə xanım şəhər prokurorunun köməkçisi Elviz Salayevə şahid qismində izahat belə vermişdi. Hər üç müəllimənin müraciəti əsasında 1 saylı Maliyyə Hesablama Mərkəzinin məktəbdə apardığı yoxlamalar zamanı Həqiqət Abdullayeva tərəfindən yol verilmiş qanun pozuntularının aşkarlandığı da qeyd edilirdi. Məlumatda o da qeyd edilirdi ki, Həqiqət Abdullayevadan şikayətçi olan müəllimələrə yoxlamanın aparıldığı ilə bağlı akta qol da çəkdirlib. Məktəbdəki mənbənin verdiyi məlumata görə müəllimələrin qol çəkdiyi sənədlər içərisində yoxlamanın nəticələri də var. Onu da xatırladaq ki, Həqiqət Abdullayevanı qanunsuz əməllərdə ittiham edən müəllimələrin şikayətlərindən biri də, “Kaspi” təhsil mərkəzində çalışan Kənan Quliyev adlı şəxslə olan iş birliyidir. Belə ki, dərs prosesində iştirak etməyən şagirdlərin məhz Kənan Quliyevin təşkilatçılığı ilə “Kaspi” TM-ə yönləndirildiyidə şikayətçilərin iddiaları arasındadır. Həmin şagirdlərin aşağıdakılar olduğu iddia edilir:

1. İlknur Əlizadə - 10 c sinifi
2. Elşən Musayev – 10 c sinifi
3. Oruc Müslümzadə - 11 c sinifi
4. Xəqani Kərimli – 11 c sinifi
5. Rəşidə - 10 b sinifi
6. İsrail İsmayılov – 11 a sinifi
7. Türanə - 11 a sinifi


Bundan başqa məktəbdə rus dili fənnini tədris etməli olan Vüqar Abdullayevin işə çıxmadan hər ay əmək haqqı kartına dövlət büdcəsindən müvafiq vəsaitin köçürülərək mənimsənilməsi də şikayətçi tərəfin müraciətində öz əksini tapıb.
Ötən gün mətbuat 9 saylı Sumqayıt şəhər tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayeva ilə bağlı Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramova Açıq Məktub ünvanlamışdı. Aşıq Məktubda mətbuat nümayəndələri Həqiqət Abdullayeva haqqında qaldırılmış iddialara KİV haqqındakı qanunun tələblərinə müvafiq olaraq cavab
tələb edirdilər. Məsələnin ən qəribə tərəfi isə bu xanımla bağlı nəinki hər hansı tədbir görülmədi, hətta direktorların işə qəbulu ilə bağlı nazirlik tərəfindən təşkil olunmuş müsabiqəyə belə buraxıldı. Müraciətdə deyilirdi:

“Cənab nazir!

Artıq bir neçə həftədir ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə, məhz direktor əvəzi Həqiqət Abdullayevanın müəllifi olduğu münaqişə ilə bağlı ölkə mətbuatı çoxsaylı məlumatlar, araşdırmalar dərc edib. Təəssüf doğuracaq haldır ki, rəhbərlik etdiyiniz nazirlik hətta şəhər prokurorluğu tərəfindən araşdırılmış məktəbdaxili münaqişəyə bir cümlə ilə belə münasibət bildirməyib. Və rəhbərlik etdiyiniz nazirlyin tabeliyində olan təhsil müəssisəsində baş verən münaqişəni nazirliyin sadəcə seyr düşülən deyil cənab nazir. Görəsən Təhsil nazirliynin bir direktor əvəzinə bu qədər “imkan” tanımasının səbəbi nədir?

Həqiqət Abdullayevadan şikayət edən hər üç müəllimənin şikayətləri prokurorluqdan “gizli əl” vasitəsilə geri götüzrüldü. Həmin müəllimələrlə söhbət zamanı açıq deməsələr belə, üzərlərində təzyiq olduğu qorxa-qorxa danışıqlarından da aydın hiss edilirdi.

Cənab nazir!

Təhsil müəssisələri insan yetişdirən dövlət strukturlarıdır. Əgər bu qurumlarda qarşıdurma, principlərə xəyanət, məqsədlilik olarsa, o halda bu orqan necə kamil insan yetişdirə bilər? Göründüyü kimi Həqiqət Abdullayeva hələ direktor əvəzidir, hətta direktor belə deyil. Lakin bu gün onu müdafiə edən qüvvələr, Həqiqət Abdullayevanın qısa müddətdə bu qədər səhvlərinə və qanunsuz əməllərinə baxmayaraq, direktorların seçilməsi ilə bağlı nazirlyin təşkil etdiyi müsabiqəyə buraxırlar. Törətdiyi əməlinin cəzasını deyil, mükafatını almaq ərəfəsindədir bu xanım. Elə isə etdiklərinin cəzasını almadan mükafatlandırılan bir dövlət görəvlisindən bundan sonra hansı ədaləti gözləmək olar? Görəsən nazirliyin bu tip insanları vəzifələrə təyin etməkdə məqsədi nədir? Bəyəm təşkilatdaxili qarşıdurmalar, şikayətlər inkişafa səbəb olur? Və ya “bir ölkəni məhv etmək üçün onun təhsilndən başlamaq lazımdır” deyiminin Azərbaycan Respublikası Təhsil nazirlyinə aidiyyatı yoxdurmu? Hadisələrin gedişi onu göstərir ki, bu xanım kimlər tərəfindənsə məqsədli müdafiə edilir. Axı müdafiə edilən şəxsin müsbət göstəriciləri olmalıdır cənab nazir. Ötən gün ölkə mətbuatı bu xanımın rəhbərlik etdiyi kollektivin üzərinə qadına, müəllimə, ziyalıya yaraşmayan hayqırtısının audio yazısını təqdim etdi oxuculara. Bu rəhbər davranışı deyil hörmətli Ceyhun müəllim. Hər halda nə qədər gec deyilsə düşünmək lazımdır. Ölkə təhsili bir Həqiqət Abdullayevadan ibarət deyil. Laqeyidliyinizlə məhv etməyin ölkə təhsilini. Kimsə kiminsə dostu və yaxud nəyisə ola bilər. Kimsə kiminsə əlini nə məqsədləsə tuta bilər. Amma bunun ölkə təhsilinə aidiyyatı olmamalıdır. Düşünməyə dəyər.”

Göründüyü kimi nəinki pedoqoji kollektivin iradlarını, hətta ölkə başçısının belə ciddi izlədiyi mətbuatın araşdırmalarını görməməzlikdən gələn direktor əvəzi özünü Bağdad xəlifəsi kimi aparır. Bir azda irəli gedərək öz media “təmsilçisi” vasitəsilə Azbaku.org və BakuNews.az saytlarının baş redaktorlarına telefon açdıraraq hədə-qorxu gəlir. Xanım Abdullayevanın media “təmsilçisi” hər iki saytın baş redaktorunu hədələməklə də kifayətlənməyib onları təhqir belə etməkdən çəkinməyib.

Artıq bu sözün bitdiyi yerdir cənablar. Bu xanım ölkədəki 5000-ə qədər məktəbdən birinin hələ ki, direktor əvəzidir. Və bu qədər irəli gedib. Siz öz laqeyidliyinizlə hələ nələrə şahid olmaq istəyirsiniz? Əgər sizin laqeyidliyiniz davam edəcəksə, deməli hələ mətbuatı hədələyəcək 5000-nə qədər qoçunun təhlükəsi gözlənilir? Və bu cür “idarəçilik” prinsipinizin nəticəsidir ki, Azərbaycanın adı beynəlxalq təşkilatların qərarlarında mənfi istiqamətdə çəkilir.

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az