Komitə sədri dayısı yaşayan binaya asfalt çəkdirdi – Digər sakinlər isə PALÇIQDA QALDI (VİDEO)

Gündəm / Video

169

Komitə sədri dayısı yaşayan binaya asfalt çəkdirdi – Digər sakinlər isə PALÇIQDA QALDI (VİDEO)Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov dayısı Rahib Kərimova görə Cəlilabadın müəllimlər binasında yalnız bir bloka asfalt çəkdirdiyi iddia edilir

Bununla bağlı sosial şəbəkələrdə video materialı yayılıb.

Həmin xəbərdə iddia olunur ki, Cəlilabadın müəllimlər binasında yalnız bir bloka asfaltlı yol çəkilib:

“Çünki bu binada Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dayısı Rahib Kərimov yaşayır. Ətrafdakı digər yollar isə palçıqdır” – deyə sözügedən videoda qeyd olunur.

Məsələ ilə bağlı Milli Məclisin 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçilmiş deputatı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovla telefon əlaqəsi saxlasaq da, cəhdlərimiz müsbət nəticə verməyib. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (Demokrat.Az)

Conflict.az