Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda "İstisu" pansionatını ələ keçirtmək istəyənlərə qarşı kompaniya başladılıb - MÜRACİƏT

Lənkəranda "İstisu" pansionatını ələ keçirtmək istəyənlərə qarşı kompaniya başladılıb - MÜRACİƏTLənkəranda baş verən qanunsuzluqlardan, korrupsiya faktlarından Teref.az olaraq çox yazmışıq. Daha bir korrupsuya faktı ilə bağlı Lənkəran şəhər sakini A. Hüsynov redaksiyamıza müraciət ünvanlayıb.Müraciət Lənkəran sakinlərinə olsada bir surəti teref.az saytının elektron poçtuna gəlib.

Müraciətdə deyilir:
MÜRACİƏT
Əziz həmvətənlər!
Məlum olduğu kimi, Lənkəranın "İstisu" pansionatı regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində büdcə vəsaitləri hesabına bərpa edilərək yenidən qurulmuşdur. Orada tikinti işlərinə cəlb olunmuş podratçı firmalarla müqavilələr özünü pansionatın sahibi və sifarişçi tərəf kimi təqdim edən "Lenkeran Hotel & Resort Company" MMC adlı şirkətlə bağlanmışdır. Lakin pansionat uzun illər boyunca Lənkəran şəhər İcra Hakimiyyətindən verilən açıqlamalara rəğmən heç də özəlləşdirilməmiş, faktiki olaraq bir qrup işbaz məmur tərəfindən qeyri-qanuni zəbt olunmuşdur.
Qanunvericiliyə əsasən özəlləşdirilən obyekt onun keçmiş əməkdaşlarının iştirakı ilə əvvəlcə səhmdar cəmiyyətinə çevrilməli, yalnız bundan sonra ƏMDK yanında Hərracların Təşkili Üzrə Auksion Mərkəzinin xətti ilə özəlləşdirilməyə çıxarılmalıdır. Daha sonra Arif bəy teref.az-a göndərdiyi müraciətində yazır ki, lakin bu tələblərin heç birinə əməl olunmamış, nəticədə kağız üzərində qurulmuş saxta bir şirkət pansionata sahib çıxmışdır. Burada məqsəd, heç şübhəsiz, pansionatın təmirinə ayrılan büdcə vəsaitlərini yalançı şirkətin hesabına yatıraraq ondan şəxsi kapital kimi istifadə etməkdir ki, bu da ölkədə artıq təcrübədən keçmiş çoxgedişli maliyyə kombinasiyasıdır.
Müxtəlif rəsmi orqanlara sorğular göndərməklə apardığımız araşdırmanın nəticələrinin müqayisəli təhlili onu göstərir ki, bu bir korrupsiya layihəsidir və onun baş tutmasına Lənkəran şəhər İcra Hakimiyyətinin laqeyd və susqun münasibəti yerli sakinlərin maraqlarına xəyanətdən başqa bir şey deyildir. Odur ki, ədaləti bərpa etmək, qeyri-qanuni mənimsənilmiş "İstisu" pansionatını əsl sahibinə, yəni yerli bələdiyyəyə qaytarmaq məqsədilə biz Lənkəran şəhər İcra hakimiyyətinə qarşı iddia qaldırmışıq. Birinci instansiya məhkəməsinin baxış iclası 21 dekabr 2018-ci il tarixində Şirvan şəhər İnzibati İqtisadi Məhkəməsinin binasında keçirilmiş, növbəti iclas isə 29 yanvar 2019-cu il saat 12.30-a təyin olunmuşdur.
Hörmətli İstisu sakinləri!
Pansionatınızı geri almağın əsl məqamıdır. Onun yerli bələdiyyənin mülkiyyətinə verilməsi ideyası ilk baxışdan qeyri-real görünsə də, əslində tamamilə mümkün və haqlı tələbdir. Haqqınızı tələb etməkdən qorxmayın! Bu, həm də yaxın gələcəkdə sizin sosial rifahınıza mühüm töhfə olardı. Özünüz fikirləşin, nəyə görə kəndinizin turizm potensialının vəd etdiyi faydalardan siz yox, adını sahibkar qoymuş beş-altı müftəxor yararlanmalıdır? Odur ki, sizi hamılıqla mənə dəstək olmağa çağırıram.
Gəlin yanvarın 29-da keçiriləcək iclasda siz də iştirak edin!
Gəlin korrupsiyaya hamımız birlikdə yox deyək!(Teref.az)

Qarşı tərəfi dinləməyə hazırıq!

Conflict.az

  • Sosial şəbəkədə paylaş