275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR

Gündəm / Cəmiyyət

43

275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIRP.Cəbrayılova: «Mən Dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova, nazir müavini Məhəbbət xanım Vəliyevaya, ölkənin çoxminlik pedaqoji ictimaiyyətinə müraciət edərək kömək istəyirəm» Rubrika.az saytına müraciət edən Bakı şəhər sakini Cəbrayılova Pərvin Suraxanı rayonunda yerləşən 275 saylı tam orta məktəbin 1-c sinfində təhsil alan qızı Abdulla Fatimə Hikmət qızının taleyi ilə bağlı həyəcan keçirdiyini, övladının təhsil aldığı məktəbdə sinif müəllimi, eləcə də məktəbin laborantı tərəfindən zorakılığa məruz qaldığını, bu səbəbdən də uşağın psixoloji sarsıntı keçirdiyini bildirir. Valideyn Təhsil naziri Ceyhun Bayramova, nazir müavini Məhəbbət Vəliyevaya müraciət edərək müəllim adına yaraşmayan, heç bir pedaqoji qayda-qanuna sığmayan hərəkətlərlə azyaşlı uşağın psixoloji sarsıntı keçirməsinə səbəb olan müəllimin, belə hərəkətlərə şərait yaradan məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edir.
Valideyn bildirir ki, yeni dərs ilinin başlanğıcında bütün valideynlər kimi o da sevinc içində, böyük ümidlərlə qızı Fatiməni 275 saylı məktəbin 1-ci sinfində oxuması üçün məktəbə aparıb. Amma, qısa müddət sonra onun sevinci həyacan və məyusluqla əvəz olunub. Belə ki, məktəbdə üzləşdiyi zorakılıqlar səbəbindən 6 yaşlı Fatima psixoloji sarsıntılar keçirir, qorxu içərisində yaşayır. C. Pərvin övladının təhsil səviyyəsini yoxlamaq üçün dərslərində də iştirak edib. Valideyn bildirir ki, sinif müəlliməsi Svetlana Zeynalovanın dərsində iştirak edərkən təəccübündən deməyə söz tapmayıb. Svetlana müəllimə özü etiraf edib ki, mən uşaqları ələ ala bilmirəm, 44 uşaqla bacarmıram, səslərini kəsə bilmirəm. Odur ki, heç kim məndən keyfiyyət gözləməsin. Valideyn bütün bunlar barəsində məktəbin direktoru F. Şərifovaya həm yazılı, həm də şifahi məlumat verib. Lakin, heç bir tədbir görülmədiyi üçün vəziyyət gündən-günə daha da uçuruma yuvarlanıb.
“Müəllimə sinifdə dərs deyə bilmədiyi, pedaqoji təcrübəsi olmadığı üçün şagirdləri sakitləşdirmək üçün ən zorakı metodlardan istifadə edir. Sanki məktəb deyil, islah əmək koloniyasıdır. 6 yaşlı uşağa qarşı edilən rəftar elə həddə çatıb ki, övladım psixoloji sarsıntı keçirib. Sinif müəlliməsi Svetlana Zeynalovanın özü bəs etmirmiş kimi məktəbin Leyla adlı laborantı da övladımın üstünə qışqırır, ona hədə-qorxu gəlir. İş o yerə çatıb ki, qızım gecələr “mama, qoyma, Leyla üstümə gəlir” deyə sayaqlayır, qışqırıb yuxudan ayılır. Bu hansı qanunda yazılıb ki, 6 yaşlı uşağı məktəbdə qorxudub psixoloji sarsıntı keçirməsinə səbəb olasan?”-deyə azyaşlının valideyni müraciətində bildirir.

Pərvin Cəbrayılovanın dediyinə görə müəllimə özü dəfələrlə bildirib ki, Fatimə istedadlı, savadlı uşaqdır. “Lakin, sinifdə dərs deməyə qabiliyyəti çatmayan müəllimə sanki bütün hirsini balaca Fatimədən çıxmağa çalışır. Heç müəllim olan şəxs də öz 6 yaşlı şagirdinə “bu məktəbdə ya sən qalacaqsan, ya da mən” deyərmi? Məktəbin tibb bacısı sinifdə uşaqların təmizliyini yoxlayıb, iki uşağın başında bit tapılıb. Fatimənin başında bit tapılmadığı halda (bunu məktəbin tibb bacısı da təsdiq edir) Svetlana Zeynalova uşaqların və valideynlərin yanında uşaqlara bitin guya Fatimədən keçdiyini deməsinə nə ad vermək olar?

Oktyabrın ortalarında S. Zeynalova məktəbin koridorunda, mənim yanımdaca qızıma “Fatimə, səni psixoloqa verəcəyəm, məktəbdən çıxardacağam” deməsi onun hansı məqsədlər güddüyündən xəbər verir. Mən bunu onun özünə, məktəbin rəhbərliyinə də irad bildirdim, azyaşlı uşağa qarşı belə hərəkətlərin yolverilməz olduğunu dedim. Lakin, nəinki S. Zeynalova əməllərinə son qoydu, əksinə hər gün övladıma qarşı daha zorakı hərəkətlər etməyə başladı.

MƏKTƏBİN PSİXOLOQUNUN RƏYİ:

275 saylı məktəbdə vandalizm - Sanki məktəb deyil, islah əmək koloniyasıdır
275 saylı məktəbdə vandalizm - Sanki məktəb deyil, islah əmək koloniyasıdır

Məktəbin psixoloqu mənə dəfələrlə bildirib ki, Fatimə tamamilə sağlam, əqli inkişaf baxımından normal uşaqdır. Lakin, onda baş verən bütün bu hallar məhz məktəbdə üzləşdiyi zorakılıqlardan sonra başlayıb. S. Zeynalova və məktəbin rəhbərliyi indi psixoloqa təsir etməyə çalışırlar ki, o, Fatimanın əleyhinə rəy versin. Bu yolla mənim qızımı məKtəbdən uzaqlaşdırmaq, öz zorakılıqlarını pərdələmək istəyirlər. Fatimənin sinif yoldaşlarına dediyi “məni bir daha görməyəcəksiz” sözləri bir ana kimi mənim ürəyimi parçalayır. Özünü müəllim sanan insan da şagirdini-6 yaşlı bir körpəni bu vəziyyətə gətirərmi?

Uşağa qarşı da belə hərəkət edilərmi, özü də haqsız yerə. Bütün bunlar mənim övladımın psixoloji durumuna təsir edib. Mən qızımı bütün həkimlərə aparmışam, psixoloqlara göstərmişəm. Hamısının yekun rəyi uşağın güclü qorxu hissi keçirdiyini, psixoloji travma aldığını, hal-hazırda qorxu-həyƏcan fobiyası içərisində olduğunu göstərir. Mən 13 il mübarizə apararaq ana olmuşam, Fatiməni Allah mənə bəxş edib. Ancaq 275 saylı məktəbdə mənim bütün arzularımın üstündən xətt çəkdilər, sağlam övladımı qorxu fobiyasına düçar etdilər.Heç uşaq da müəlliməsinin qorxusundan psixoloji sarsıntımı keçirər? Bu hansı təhsil sistemidir, niyə bu vandalizmə son qoyulmur? Svetlana Zeynalova kimi “pedaqoqlar” nə qədər ki, məktəblərdə at oynadacaqlar mənim övladım kimi yüzlərlə körpənin bu günü və gələcəyi təhlükə altındadır. Mən dövlətimizin başçısı İlham Əliyev cənablarına, birinci vitse prezident Mehriban xanıma, Təhsil naziri Ceyhun Bayramova, nazir müavini Məhəbbət Vəliyevaya, ölkənin çoxminlik pedaqoji ictimaiyyətinə müraciət edərək kömək istəyirəm. Bütünlüklə Azərbaycanın təhsil sistemi üçün qara ləkə olan bu utancverici hərəkətə son qoyulsun! Mənim azyaşlı övladımın taleyi ilə oynayanlar- sinif müəlliməsi Svetlana Zeynalova, laborant Leyla və bütün bunlara şərait yaradan 275 saylı məktəbin rəhbərliyinin tezliklə cəzalandırılmasını tələb edirəm. Buna heç bir ad vermək olmaz-6 yaşlı körpəni qorxudaraq psixoloji sarsıntı keçirməsinə səbəb olan şəxslərin müəllim adı daşımasına haqqı çatırmı? Biz müəllimlərimizi ikinci valideynlərimiz hesab etmişik. Bəs mənim körpə Fatiməmin keçirdiyi psixoloji sarsıntıların, qorxu və həyəcanın onun bütün həyatında buraxacağı izin məsuliyyətini kim daşıyacaq? Bu vandalizmə təcili son qoyun- istəmirəm ki, mənim övladım kimi başqa körpələrin də taleyi təhlükə altında qalsın!”
275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR
275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIRNicat Mahmudov275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR
Rubrika.Az
275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR
«275″-İN DİREKTORU MƏHKƏMƏ QƏTNAMƏSİNİ VƏ
özü İCRA HAKİMİYYƏTİNİN TÖVSİYYƏSİNİ SAYMIR
Deyəsən Təhsil Naziri direktorun yanında gözü kölgəlidir ki, 6 dəfə töhmət almış müdir və müavinlərə qarşı tədbir görə bilmir275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR
Yeni 2018/2019-cu tədris ili başladı. Paytaxtın 275 saylı orta məktəbində ötən dərs ilindən miras qalan problemlər həllini tapmadı. Tapa da bilməzdi, çünki həllə nail olmağın yolu məktəb direktoru Fəridə Şərifovanı və ətrafındakı çeteni ən azı işdən qovmaq, daha yaxşısı isə törətdikləri qanunsuzluqlara görə məsuliyyətə cəlb etmək lazım idi. Dəfələrlə sözügedən təhsil müəssisəsində və direktorları Bakı şəhər Təhsil İdarəsi tərəfindən təyin olunan digər məktəblərdə baş alıb gedən neqativ hallardan yazsaq da, onlara rəvac verən vəzifəli şəxsləri tənqid etsək də, materialları məktubla əvvəlcə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, ardından Təhsil Nazirliyinə göndərsək də, direktorlar və vəzifəsindən sui-istifadə edən digər şəxslər barədə ciddi, təsirli tədbir görülməyib. Əksinə, həmin vəzifəli şəxslərə güzəşt edilməklə, daha əlverişli korrupsiya şəraiti yaradılıb ki, daha artıq rüşvət alsınlar, yuxarı daha çox pul ötürsünlər.
maşın xadimə şagirdlərAD GÜNÜ3
Şagirdlər
Məktəb açılar- açılmaz başda direktor olmaqla, valideyinləri və kənar şəxsləri 1 manata içəri buraxan məktəbin Ərəbzəngisi, yəni qapıçısı Qətibə xaladan tutmuş, müəllimlərə 6 manatdan formativ jurnal satan dindar xanım, Xədicə İsayevaya, dərs saatlarını müəllimlərə sırıyan Bağdad və Ayişə müəllimədən tutmuş yuxarıda gördüyünüz bərkgedən valideyinlərin uşaqlarını özünə ikinci sinif kimi götürən bu müəlliməyə qədər, məktəbdə keyfiyyətli dərs keçməyib saat 6-dan sonra məktəbdə repetetorluq edən (yolu keçərkən maşın vurub öldürən şagirdin barəsində prokurorluqda açılan cinayət işi davam edir.Bu yaxınlarda bu cinayət işi ilə bağlı direktor da, Bakı Şəhər Baş Polis idarəsində dindirilib) müəllimlərdən tutmuş «putyovkaları» və sinifləri repetetorlara satan Şahab İsayevə qədər hər kəs məktəbə biznes mənbəyi kimi baxırlar.
Yeri gəlmişkən, məktəbdə pul yığılma barədə bu kampaniyalardan narazı qalanların şikayətləri əsasında yazsaq da, başda BŞTİ-nin sözçüsü Bəşarət Məmmədov olmaqla İdarənin digər mənsubları elə şivən qoparırdılar, israrla təkzib edirdilər ki, öz yazdığımıza özümüz də şübhə eləməyə başlamışdıq. Lakin BŞTİ-nin sabiq rəhbəri Məhəbbət Vəliyevanın 275 saylı məktəbin direkrtoruna göndərdiyi intizam tənbehi məktubundan xəbət tutandan sonra Bəşarət Məmmədovdan o vaxta qədər gördüyümüz hay-küylü münasibəti həzm edə bilmədik. Başa düşmürdük ki, oğru kimdi, doğru kimdi. Belə çıxırdı ki, BŞTİ tədbir görmək xatirinə direktorlar barədə yüngül tənbeh tədbiri görür, amma bizə də yalançı deyir, tənbeh etdiyi şəxsləri jurnalistlərin «ayağına vermək» istəmir. İndi isə sözügedən tənbeh məktubunun mətnindən bəzi cümlələrin altını cızırıq: «Bakı şəhəri 275 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən müxtəlif instansiyalara ünvanlanmış müraciətlərdə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Şərifova Fəridə Siyavuş qızı tərəfindən müəllim və şagirdlərdən müxtəlif məqsədlərlə pul tələb olunması və yığılması, yuxarı sinif şagirdlərinin məqsədli şəkildə dərsdən yayındırılması, müəllimlərin ödənişli fərdi hazırlıqla məşğul olmaları, müxtəlif ödənişli hazırlıq kurslarının məktəbdə fəaliyyət göstərmələrinə şərait yaradılması, məktəbdə ödənişli teatr tamaşasının nümayiş olunması, 11-ci sinif şagirdlərinə qeyri-qanuni attestat verilməsi və digər xüsusatlar qeyd olunmuşdur. Müraciətlərdə qeyd olunanlarla əlaqədar Daxili nəzarət və Ümumi təhsil sektorları tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, direktor Fəridə Şərifova 15 noyabr 2017-ci il tarixdə Qaraçuxur qəsəbə Mədəniyyət Evinin əməkdaşları tərəfindən nümayiş olunan tamaşanın 300 ədəd biletini əldə edib Uşaq Birliyi Təşkilatının rəhbəri Xədicə İsayevanın vasitəsilə rəhbərlik etdiyi məktəbdə qeyri-qanuni olaraq satışını təşkil etmişdir. Bundan əlavə direktor Fəridə Şərifovanın qeyri-qanuni icazəsi əsasında rəsmi müqavilə olmadan 12 noyabr 2017-cı il tarixdə «Zəfər” hazırlıq kurslarının əməkdaşları tərəfindən məktəbin ibtidai sinif şagirdləri üçün ödənişli sınaq imtahanının keçirilməsinə şərait yaradılmış, bununla da ona bu cür kommersiya fəaliyyəti ilə məşğul olmağa icazə verməyən «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun, «Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsi»nin və təhsilin idarə olunması üzrə digər tənzimləyici normativ-hüquqi sənədlərin tələbləri pozulmuşdur. Həmçinin cari tədris ili üzrə sinif jurnallarına baxış keçirilərkən ayrı-ayrı fənn müəllimləri Maral Ramazanova, Firuzə Novruzova, Leyli Abdullayeva, Tərlan Musayeva, Adilə İsayeva və Bibixanım Qocayeva tərəfindən sinif jurnallarının aparılmasına dair göstərişlərə əməl olunmadığı və nöqsanlara yol verildiyi müəyyən edilmişdir.275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR
275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR 275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIR
Qeyd olunanları nəzərə alaraq, BŞTİ rəhbəri əmr etmişdir: «Əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Şərifova Fəridə Siyavuş qızına və təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədova Ayişə Məmməd qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilsin. Nəzərlərinə çatdırılsın kı, gələcəkdə belə hallara yol verdikləri təqdirdə barələrində daha ciddi intizam tənbehi tətbiq ediləcəkdir. Məktəb rəhbərliyinə tapşırılsın ki, əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Uşaq Birliyi Təşkilatı rəhbəri İsayeva Xədicə Oqtay qızı, müəllimlər Ramazanova Maral Sultan qızı, Abdullayeva Leyli Seyfəddin qızı, Novruzova Firuzə Rasim qızı, Musayeva Tərlan Rəşid qızı, İsayeva Adilə Səməd qızı və Qocayeva Bibixanım ismayıl qızının barələrində qanunamüvafiq tədbir görülməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması və nəticəsi barədə BŞTİ-yə məlumat verilməsini təmin etsin». Həmçinin, məlum olmuşdur ki, İdarə bu kimi halların təkrarlanmaması məqsədilə əmrin surətini çoxaldaraq tabeliyindəki bütün ümumtəhsil məktəblərinə çatdırıb. Beləliklə, az qala Bakının yarısının agah olduğu töhmətnaməni biz jurnalistlərdən gizli saxlamağa çalışıblar, uğursuzcasına… 275 saylı məktəbdə tənqidimizə tuş gələn Şahab İsayev və gəlini Xədicə İsayeva özlərində cəsarət tapıb nöqsanlarını ört-basdır etmək üçün «qara məni baslnca qoy qaranı mən basım» taktikasını seçərək bizi məhkəməyə vermişdilər. Qanunsuz əməlləri barədə yazdığımız hər şeyi bir kənarda tutub , Şahab İsayevun ləqəbinin «Qaloş» olduğunu vurğulamağımızdan möhkəm yapışmışdılar. Məhz əldə etdiyimiz töhmətnamənin surətini və X.İsayevanın valideynlərdən pul istəməsini təsdiqləyən audioyazı diskini ortaya qoyandan, «Qaloş» ləğəbinin Şahab İsayevə indi bizim tərəfimizdən deyil, illər öncə kollektiv 275 SAYLI MƏKTƏBDƏ VANDALIZM — SANKI MƏKTƏB DEYIL, ISLAH ƏMƏK KOLONIYASIDIRtərəfindən verildiyini bildirəndə iddiaçılar fakt qarşısında aciz qalıb ərizələrini geri götürdülər. Xatırladaq ki, bizi udduğumuz məhkəməyə gətirib çıxaran qovğamız başqa məhkəmə çəkişməsindən başlamışdı. və bildirmişdir ki.mən bu vəzifəyə gəlmək üçün Məhəbbət Vəliyevaya 35000 manat vermişəm.Buna nail olmadıqda ondan öz ərizəsi ilə vəzifəsini boşaltmağı tələb etmiş, bu da alınmadıqda nəhayət, 08.02.2018-ci il tarixdə əsassız olaraq (guya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə) işdən çıxarmışdı. Qasımova Şölə Qasım qızı cavabdeh Ə.A.Eyvazov adına 275 saylı tam orta məktəbə və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldırmış, məktəbin onun işdən azad edilməsi barədə 08.02.2018-ci il tarixli 22 saylı əmrini etibarsız hesab etməklə, onun işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə cavabdehdən onun xeyrinə əmək haqqının tutulması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir.
20180925_132002
Rayon məhkəməsi həmin mülki işə 13 aprel 2018-ci il tarixdə, açıq iclasda baxaraq, müəyyən etmişdir ki, İşəgötürənin müvafiq əmri ilə Ş.Qasımova 28.12.2017-ci il tarixdən 07.02.2018-ci il tarixinə kimi əmək məzuniyyətində olmuşdur. Həmin dövrdə, yəni 07.02.2018-ci il tarixdə Respublikada növbədənkənar Prezident seçkilərinin təşviq olunma və keçirilməsinə dair prosedura başlanılmışdır. O da işə çıxdığı ilk gün 31 saylı Suraxanı ikinci Seçki Dairəsinin 07 fevral 2018-ci il tarixli 077 saylı arayışını işəgötürənə təqdim etmişdir. Həmin arayışa əsasən işçinin, yəni onun 07.02.2018-ci il tarixdən etibarən 13 aprel 2018-ci il tarixinədək iş yeri, vəzifəsi saxlanılmaqla, qeyd olunan müddətdə sədri olduğu 14 saylı Məntəqə Seçki Komissiyasında da iştirakı təmin edilməlidir. Lakin buna baxmayaraq, işəgötürən tərəfindən, qanunla nəzərdə tutulmuş işdən azad olunma haqqında qaydalar kobud şəkildə pozulmuşdur. İşəgötürən tərəfindən qanunsuz olaraq işdən azad olunma nəticəsində ona maddi ziyan vurulmuşdur ki, nəticədə o, qazanc mənbəyini itirmişdir. Eləcə də o, ailə başçısını itirməklə himayəsində olan övladına ailədə yeganə əmək fəaliyyəti ilə məşğul olan kimi təkbaşına baxır. Həmçinın, yetkinlik yaşına çatmayan oğlu ürək qüsurlu olmaqla daimi müalicə alır, işəgötürənin bu cür qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinə mənəvi ziyan da vurulmuşdur. İş üzrə cavabdeh Ə.A.Eyvazov adına 275 saylı tam orta məktəbin direktoru məhkəmənin hazırlıq iclasında iştirak etməsinə və məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nə onun özü, nədə ki səlahiyyətli nümayəndəsi üzrlü səbəb göstərmədən məlikəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tam əsassızdır, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Göründüyü kimi, məhkəmədə də BŞTİ ədalətsizliyin tərəfində durmuşdur. Şölə Qasımova məhkəməyə əmək funksiyalarını məhz keyfiyyətlə yerinə yetirdiyinin, məktəb tədbirlərində fəal iştirakının sübutu kimi fəxri fərmanlarını, təşəkkürnamələrini, həmçinin seçki ilə qayğılandığının təsdiqi kimi xidmət edən dəlilləri ortaya qoymuşdur. Məhkəmə hesab etmişdir ki, işəgötürən ƏM-nin 179-cu maddəsinin və Seçki| Məcəlləsinin 38.1 -ci maddəsinin tələblərinə görə belə bir əmr verə bilməzdi. məhkəməyə təqdim edi imiş sübutların mötəbərliyinə əsaslanaraq məhkəmə qət etmişdir ki, Qasımova Şölə Qasını qızının işdən azad edilməsi barədə 08.02.2018-ci il tarixli 22 saylı əmr etibarsız hesab edilsin, o, həmin məktəbdə əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxmaya görə cavabdeh Ə.A.Eyvazov adına 275 saylı tam orta məktəbdən onun xeyrinə ödənilməmiş əmək haqqısı tutulsun. Bundan sonra Şölə Qasımovanın Bakı şəhəri 275 nömrəli tam orta məktəbin sabiq təsərrüfat işləri üzrə direktor müavini kimi əvvəlki vəzifənizə bərpa olunmağına dair ərizəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmış və ona məktubla bildirilmişdir ki, qətnamə ilə razı olduğu və işə başladığı təqdirdə məktəb rəhbərliyi tarifindən müvafiq tədbirlər görüləcəkdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 25 may 2018 ci il tarixli » İcraata başlama haqqında» qərarı və eyni tarixli 117683/18-18-11 saylı » Tələbin könüllü icra edilməsi barədə» bildirişi 31 may 2018 — ci il tarixində məktəbə daxil olması məktəb direktoru tərəfindən İcra və Probasiya Şöbəsinə yazılmış cavab məktubunda təsdiqlənmişdir. Bildirilmişdir ki, tələbkar Qasımova Şölə Qasım qızı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Suraxanı rayon Ə.Eyvazov adına 275 N°li tam orta məktəbinə əvvəlki vəzifəsinə işə bərpa olunmuş və 30 may 2018 — ci il tarixindən işə başlamışdır. Eyni zamanda, direktorun məktubunda Məhkəmənin icra sənədində göstərilən «Məcburi iş buraxmaya görə borclu Ə.A.Eyvazov adına 275 N°li tam orta məktəbdən tələbkar Qasımova Şölə Qasım qızının xeyrinə ödənilməmiş əmək haqqısı tutulmasına» dair hissəsi ilə bağlı da məktəbin mühasibi tərəfindən hesablama aparılmış və idarənin mühasibatlıq şöbəsinə məlumat verildiyi qeyd olunmuşdur. Bütün bu sadalananlardan əlavə, Suraxanı rayon İcra Hakimiyyəti də hələ məhkəmədən əvvəl 275 saylı məktəbin direktoru Fəridə Şərifovaya mətub göndərərək, işdən çıxardığı Şölə Qasımovanın həyat yoldaşının vəfat etdiyini, ailədə işləyən yeganə şəxs olmağını, himayəsindəki yetkinlik yaşma çatmayan oğlunun ürək qüsurlu olmasının nəzərə alınmasını xahiş etmiş, fəaliyyətinin davam etdirilməsi məsələsinə yenidən baxmağı tövsiyə etmişdir.Di gəl, bütün bunlara baxmayaraq, məktəb direktoru sadalanan instansiyalara məhkəmə qətnaməsini icra etdiyi barədə məruzələr etsə də, ikili oyun oynayır, Şölə Qasımovanın sözlərinə görə, hətda Apelyasiya məhkəməsi də onun xeyrinə qərar çıxardıb Suraxanı rayon məhkəməsini qüvvədə saxlayaraq Şölə Qasımovanın işinə bərpa olunması barədə qərar çıxartsa da, Fəridə Şərifovanın və havadarlarının pula hərisliyi və hikkələri onun faktiki olaraq işə çıxmasına imkan vermir. Aşkar görünür ki, direktor üçün əslində nə Azərbaycan Respublikası (dövlət) adından çıxarılmış məhkəmə qətnaməsi, nə rayon rəhbərliyinin tövsiyəsi əhəmiyyətli deyildir, BŞTİ-nin pul yığmaq barədə tələbləri daha önəmlidir.

Qarşı tərəfi dinləməyə hazırıq.