DGK-da talanın miqyası bəlli olur - "Broker Əbülfəz" heç də axırıncı adam deyilmiş....İDDİA

Gündəm / Cəmiyyət

53

DGK-da talanın miqyası bəlli olur - "Broker Əbülfəz" heç də axırıncı adam deyilmiş....İDDİAƏvvəlki saylarımızda yazdığımız kimi DGK-ində sualtı cərəyanlar həddan artıq qızıb.

Gün gündən artan şaiyələr, media vasitsi ilə ortaya atılan və təkzib edilən "şok" xəbərlər bir birini əvəz edir. Hələlik isə bəzi məlumatları tutuşdursaq görərik ki, bu gün bir tərəfdə keçmişlər, Aydın Əliyev, Bakı gömrüyünün rəisi Vüsal Novruzov və Azərbaycan gömrüyünün "bəlası" monopolist "Broker Əbülfəz" adı ilə daha çox tanınan Əbülfəz Məlikov, o biri tərəfdə isə onların köhnə komanda yoldaşı, bir çox işlərində əlbir olduqları lakin artıq səfini dəyişdirərək arxasına daha böyük güc almış və DGK-ya yeni iş üslübu gətirən Səfər Mehdiyevdir.
Aydın Əliyev, Vüsal Novruzov və Əbülfəz Məlikov daha çox özlərinə yaxın olan media vasitəsi ilə şaiyələr buraxmaq, qarşı tərfi "zondaj" etməklə məşğul olsalarda, yeni DGK sədri Səfər Mehdiyev isə əlində olan faktiki rəqəmlərlə onlara cavab verir. Ən əsası isə odur ki, Səfər Mehdiyevin içtimailəşdirdiyi rəqəmlər medianın illərlə DGK-ində baş verən korrupsiya və talan haqqında yazdıqlarını təsdiq edir. Teref.az olaraq qeyd etmək istəyirik ki, bu yaxılnlarda deputat Vahid Əhmədovun səsləndirdiyi və hələdə təkzib olunmayan "gömrükdə 27 milyard dövlətin pulu talan olunub" sözləridə boş sözlər deyildir.
Faktlara fikir verin, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 6 dekabrda mətbuata verdiyi açıqlamada bildirib ki, həmin gün üçün DGK illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib və həmin tarixə 3 mlrd. 380 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Bu deputat Vahid Əhmədovun 27 milyardının çox kiçildilmiş bir rəqəm olduğuna işarədir.
Görək bu barədə anaxeber.az saytı nə yazır:
2018-ci ilin dürüstləşmiş dövlət büdcəsində Dövlət Gömrük Komitəsi üçün müəyyən olunmuş 3 190,0 milyon manat illik proqnoz məbləği 101,98%, yəni 63,1 milyon manat artıqlaması ilə 11 ay ərzində vaxtından qabaq icra edilib.
Belə çıxır ki, gömrük daxilolmalarından bəs deyincə büdcənin xəzinəsinə pul daxil olub. DGK xətti ilə daxil olan vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 869,7 milyon manat və ya 36,49% çox olub.
DGK-nın verdiyi bu məlumatı analiz etsək görərik ki, indiyə qədər gömrükdə dövlətin nə qədər pulu talan edilib. Bu məlumatlar açıq məlumatlardır. Bəs heç də hamıya məlum omayan və bəlkədə olmayacaq məlumatlara əl çatsa korrupsiyanın miqyasını dərk etmək və bu dəstənin talanının miqyasını dərk etmək olar.
Hər halda indiki DGK şefi bu məlumatları içtimaiyyətə verməklə talanın miqyasını təsəvvür etməyə yardımçı olur.
DGK-nin əməkdaşı olamayan, daha çox "Broker Əbülfəz" kimi tanınan Əbülfəz Məlikovun bu talanda heçdə şəriklərindən az rolu olmadığı və buna görədə qazanc payının milyonlarla deyil milyadlarla ölçüldüyünü deməyə əsas verir!
Bizi izləyin, çünki araşdırmamız davam edir....(Teref.az)

Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Conflict.az