İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov yenə də medianın gündəmində – bu dəfə oğluna etdiyi möhtəşəm toyla

Gündəm / Cəmiyyət / Bölgə

114

İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov yenə də medianın gündəmində – bu dəfə oğluna etdiyi möhtəşəm toyla
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov medianın gündəminə təyin olunduğu dövlət görəvindəki kreativ idaerəçiliyi ilə deyil, əldə etdiyi var-dövlətin nümayişi və ya vəzifə səlahiyyətlərini aşması ilə gəlir. Xatırladaq ki, iki il öncə Rəhim Rəhimov 50 illik yubileyini rayondakı restoranlardan birində, geniş təmtəraqla və atəşfəşanlqla keçirməsi ilə medianın gündəminə gəlmişdi. Bu o zaman idi ki, dövlət başçısı öz 50 illik yubileyini Ağcabədidə məskunlaşmış qaçqınlarla birlikdə qeyd etmişdi. Həmin hadisədən cəmi bir neçə gün sonra isə İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov ölkə başçısının hərəkətlərinin tam əksinə olaraq yubileyini daha təmtəraqlı və rayonun maliyyə oliqarxları ilə birlikdə keçirmişdi. Ondan bir müddət sonra isə İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov rayondakı “Nərgizim” şadlıq sarayında rəhbərlik etdiyi qurumun baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda sərxoş vəziyyətdə etdiyi yersiz hərəkətlərinə, o cümlədən uzun müddət diskoteka mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona fiziki xəsarətlər yetirmişdi. Həmin hadisədən sonra görəvindən uzaqlaşdırılan Rəhim Rəhimov yenidən əvvəlki görəvinə qayıtmağı bacardı. Rayonda ciddi rezonans doğuran bu hadisədən bir müddət sonra xuliqanlığa görə görəvindən alınmış şəxsin yenidən öz postuna qayıdışı kluarlarda bəzi mətləblərlə bağlı müzakirələrə səbəb olmuşdu.
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov yenə də medianın gündəmində – bu dəfə oğluna etdiyi möhtəşəm toyla
Ötən gün rayondakı mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, dekabrın 8-i, Rəhim Rəhimov paytaxtdakı “Aqora” şadlıq sarayında oğlu üçün kifayət qədər dəbdəbəli hesab edilən toy məclisi təşkil edib. Müğənni Xatirə İslamın idarə etdiyi toyda çoxlu sayda şou-biznes nümayəndələri iştirak edib. Stolun biri 150 manat olan toyda rayondakı əksər müəssisə rəhbərləri və Maliyyə nazirliyinin əməkdaşları iştirak ediblər. 1000 nəfərə qədər qonaq dəvət edən İmişli Maliyyə idarəsinin rəisinin oğlunun toy məclisinə xərclədiyi bu qədər vəsaitin haradan əldə edilməsi olduqca maraqlıdır. Cəmi bir-neçə yüz manat əmək haqqı alan idarə rəisinin adi vətəndaş üçün fantastik hesab edilən məbləğin mənbəyini axtarmaq sözsüz ki, mətbuatın işi deyil. Yəqin ki, aidiyyatı qurumlar bu tip malyyənin mənbəyi haqqında müvafiq araşdırmalar aparmaq haqqında düşünəcəklər.
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov yenə də medianın gündəmində – bu dəfə oğluna etdiyi möhtəşəm toyla
Onu da xatırladaq ki, Rəhim Rəhimov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, əslən İmişlidən olan Arif Qaraşovun kadrı hesab edilir.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.


Conflict.az