Liderlər toplanır

Gündəm / Dünya

91

Liderlər toplanırRusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşünü keçirəcək.

Bu görüşün planlaşdırıldığı gün Avrasiya Ali İqtisadi Şurasının iclası da baş tutacaq. Avrasiya İttifaqının iclasının Vladimir Putinin rəhbərliyi ilə keçiriləcəyi vurğulanıb. İclas zamanı təşkilatın fəaliyyətinə dair cari və təşkilati məsələlərə baxılması nəzərdə tutulub.

Bugünkü iclasa Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova prezidentlərinin, eləcə də Ermənistanın baş nazir əvəzinin qatılması nəzərdə tutulub. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq Sankt-Peterburqa gəldiyi haqqında məlumat yayıb.

Bu, Avrasiya Ali İqtisadi Şurasının cari ildə ikinci iclasıdır. İclasda liderlərin təkbətək və genişləndirilmiş tərkibdə görüşləri planlaşdırılıb.

Bu iclaslardan sonra MDB liderlərinin ənənəvi qeyri-rəsmi görüşü də keçiriləcək. MDB dövlət başçılarının son belə iclası keçən ilin dekabrında Rusiya Prezidentinin Moskva ətrafındakı Novo-Oqarevo iqamətgahında baş tutub.

Qeyd edək ki, MDB dövlət başçılarının son sammiti sentyabrın 27-də Düşənbədə keçirilmişdi.

Bundan öncə dekabrın 6-də KTMT dövlət başçılarının da iclasının keçirilməsi planlaşdırılsa da sonradan bu sammit ləğv edilib. Paşinyan bunu Putinin təklif etdiyini desə də, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov xahişin İrəvandan gəldiyini bildirdi.

N.Paşinyanın mətbuat katibinin Uşakovu təkzib etməsindən sonra isə Rusiya XİN məsələyə kəskin reaksiya verdi.

Conflict.az