Polşada həyəcan: Rusiya hücuma keçəcək

Gündəm

53

Polşada həyəcan: Rusiya hücuma keçəcək"Şimal axın 2" layihəsi tam həyata keçəndən sonra Rusiya Ukraynaya hücum edəcək.

Bu iddia ilə Polşanın Baş naziri Mateuş Moravetski çıxış edib.

"Heç bir qüvvə Rusiyanın qarşısını ala bilməyəcək. Onlar Kiyevə qarşı hərəkətə keçəcəklər. Xatırladım ki, Rusiya Avropaya satdığı təbii qazdan əldə etdiyi gəliri ordunun modernləşdirilməsinə sərf edir", - baş nazir bildirib.

O, çıxışında SSRİ-nin qurucusu Lenindən maraqlı bir sitat gətirib:

"Lenin bir dəfə demişdi ki, kapitalistlər bizə onları asmaq üçün lazım olan sayda ip satacaq qədər acgözdürlər".

Conflict.az