Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video

Gündəm

53

Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və videoBərdənin 8 saylı məktəb direktoru Qənbər Ağayev tədris vaxtı Türkiyədən istirahət şəkillərini feybukda paylaşıb

Cahan.info xəbər verir ki, direktor dəniz kənarında yerləşən restoranların birində oturub və süfrə arxasında fotolar çəkdirib. Q.Ağayev yaydığı şəkillərlə bağlı istirahət vaxtı şərhini yazıb.

Məktəb direktorunun bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb. Q.Ağayevin dərs vaxtı istirahətə getməsi alqışlanıb. Bildirilib ki, buna hünər lazımdır.

Hansısa məktəb direktorunun dərs vaxtı Türkiyədə istirahətə getməsi və fotolarını feysbukda yayması üçün gərək şir ürəyi yeyəsən. Çünki nazirlikdən məktəbə yoxlama gələ bilər, direktor yerində olmadığı halda cəza verilə bilər.

Ola bilsin Q.Ağayevin fikrincə, Bərdə təhsil şöbəsi və təhsil naziri Ceyhun Bayramov məsələdən xəbər tutmayacaq. Odur ki, ilin-günün bu vaxtı dincəlir.

Hələ bu da ayrı sual doğurur ki, məktəb direktorunun aldığı maaş Türkiyədə istirahətə necə çatır. 8 saylı məktəbdə hansı əlavə gəlir var ki, kurort pulu çıxarasan?!

Məlumat əldə etmişik ki, Bərdədə digər məktəblərin direktorları işinin başındadır. Təhsil şöbəsi də fəaliyyət göstərir. Q.Ağayev isə həmkarlarına göz dağı verir: baxın, siz işləyirsiz, mən dincəlirəm...

Cahan.info yazır ki, Q.Ağayev ilk dəfə mətbuatın diqqətini bu faktla çəkmir. Bolgexeber.com yazmışdı ki, Bərdə şəhər 8 saylı tam orta məktəbi çox qəribə bir “təhsil yeniliyinə” imza atıb. Belə ki, bir sinifdə eyni vaxtda iki müxtəlif fənn müəllimi dərs keçir. Özü də yuxarı siniflərdə.

Misal üçün, 8-ci sinif şagirdinin valideyni deyir ki, övladının oxuduğu sinifdə 30 şagird var və əksər vaxtlarda bir dərs saatında sinifdə iki müəllim dərs keçir.

Bundan başqa, bir müddət əvvəl Bərdədə valideynlər orta məktəb direktorunun aşağı sinif şagirdlərini dərs vaxtı təhsildən ayıraraq digər işlər gördürdüyü fotoları yayılmışdı.
Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video
8 saylı orta məktəbin direktoru Qənbər Ağayev dərs saatında azyaşlı məktəbli şagirdləri təhsildən ayıraraq dərsdən kənar öz işlərini gördürür.
Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video
Fotodan da göründüyü kimi, bir neçə şagird nə qədər təhlükəli olsa da yük avtomobilinin yükdaşıma hissəsində, yəni “kuzasında” digər ərazilərə yük daşıyırlar. Əhsən belə direktora, özü Türkiyədə dincəlir, şagirdləri istismar edirmiş...
Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video
http://qaynarxett.az/index.php?newsid=2655
Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video
Hörmətli məktəb direktoruna zəng edib mövqeyini öyrənmək istəsək də, telefonu açmadı.

Qarşı tərəfin rəyini dərc edə bilərik.

Conflict.az