Ruhani Qərbi Azərbaycana gəlir

Gündəm / Dünya

118

Ruhani Qərbi Azərbaycana gəlirİran Prezidenti Həsən Ruhaninin 3 dəfə təxirə salınan Qərbi Azərbaycan əyalətinə səfəri noyabrın 19-da baş tutacaq.

Bu barədə Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri danışıb. O bildirib ki, Ruhani bir neçə layihənin açılışında iştirak edəcək.

Qərbi Azərbaycan Valiliyinin yaydığı məlumata görə, Həsən Ruhaninin səfər proqramında böhran içində olan Urmiya gölünə baxış keçirmək yer almayıb.

Qeyd edək ki, İran prezidentinin Qərbi Azərbaycan əyalətinə səfəri oktyabrın 23-nə təyin olunsa da təxirə salınmışdı.

Conflict.az