Məşhur komandan Moskvada: Putin qəbul etmədi

Gündəm / Dünya

90

Məşhur komandan Moskvada: Putin qəbul etmədiRusiya Prezidenti Vladimir Putin Liviya ordusunun komandanı Xəlifə Xəftarla görüşdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin bu addımının iş qrafikinin ağır olmasıyla əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Xəlifə Xəftar dünən Moskvaya gəlib. O, Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Bundan öncə Rusiya və Britaniya mətbuatı Moskvanın Xəftara yardım üçün buraya özünün muzdlu hərbi dəstələrini göndərəcəyi haqqında məlumat yaymışdı.

Conflict.az