Milyonlarla müsəlmana NAMAZ QADAĞASI: bundan sonra...

Gündəm / Dünya

120

Milyonlarla müsəlmana NAMAZ QADAĞASI: bundan sonra...Milyonlarla müsəlmana NAMAZ QADAĞASI: bundan sonra...Hindistanın dünyaca məşhur tarixi abidəsi olan Tac-Mahalda müsəlmanlara namaz qılmaq qadağan edilib.

Qərar Hindistan Ali Məhkəməsi tərəfindən qəbul olunub.

Hindistan Arxeoloji Araşdırmalar Qurumu da Tac-Mahalda namaz qılınmasının qadağan edildiyini açıqlayıb. Qurum türbədə dəstəmaz almaq üçün istifadə edilən su çənini möhürləyib.

Tac-Mahal İntizam Komitəsinin sədri İbrahim Hüseyn qərara sərt reaksiya verib. Sədr bildirib ki, həm mərkəzi hökumət, həm də yerli idarəetmə müsəlmanlara qarşıdır. Qadağanın isə heç bir məntiqi əsası yoxdur.


Qeyd edək ki, daha öncə şəhər kənarından gələnlərin tarixi abidədə cümə namazı qılması qadağan edilmişdi. Bu qərardan sonra isə gündəlik namaz qılmaq ritualı da qadağan edilib.

Bundan sonra məsciddə sadəcə yerli əhali namaz qıla biləcək.

Conflict.az