Kişini qatar vuraraq öldürdü - Tovuzda faciə

Gündəm / Hadisə

131

Kişini qatar vuraraq öldürdü - Tovuzda faciəTovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

Conflict.az Report-a istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Conflict.az