ABŞ 40 ildir bu səhvi təkrar edir - İran

Gündəm / Dünya

151

ABŞ 40 ildir bu səhvi təkrar edir - İranABŞ Dövlət katibi Mayk Pompeonun İranın iqtisadiyyatı və terrorizmə qarşı mübarizəsi ilə bağlı sözləri avamlığın və yalanın göstəricisidir.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. XİN sözçüsü ölkə iqtisadiyyatının 8 faiz böyüdüyünü əlavə edib:

“ABŞ rəsmiləri İrana qarşı sanksiyalarda beynəlxalq təzyiqləri dayandırmaq üçün psixoloji savaş aparır. ABŞ bu strateji xətaları 40 il boyunca etdi və uğursuz oldu”.

Qeyd edək ki, M.Pompeo ABŞ sanksiyaları nəticəsində İran iqtisadiyyatının zəiflədiyini və regionda əvvəlki kimi aktiv olmadığını bildirmişdi.

Conflict.az