NATO-dan Moskvanı QƏZƏBLƏNDİRƏCƏK HƏMLƏ

Gündəm / Dünya

52

NATO-dan Moskvanı QƏZƏBLƏNDİRƏCƏK HƏMLƏLitvanın Kazlu-Ruda şəhərində standartlara cavab verən NATO-nun aviapoliqonu bu ilin payızında istifadəyə veriləcək.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, aviapoliqon Rusiya ilə sərhəddən təxminən 60 kilometrdə yerləşəcək. Poliqonda təyyarələr yerüstü hədəflərə zərbələri yerinə yetirə biləcək, həmçinin hərbi hava gücləri üçün hərbi kadrların hazırlığı üzrə təlimlər keçiriləcək.

Aviapoliqonun tikintisi 2017-ci ildə başlanıb. Bu, Baltikyanı regionunda hərbi alyansın ilk aviapoliqonu olacaq.

Conflict.az