Ciddi zərbə: Kabus başlayıb... » Conflict.az

Ciddi zərbə: Kabus başlayıb...

Gündəm / Dünya

65

Ciddi zərbə: Kabus başlayıb...Blokada altında olan Qəzza İsrail Baş naziri Benyamin Netanyahunun kabusu olub.

Bu barədə israilli jurnalist Anşel Pfefferin "Haaretz" qəzetindəki məqaləsində qeyd edilib.

Məqalədə vurğulanır ki, Netanyahu mübahisəli dövlətin yalnız yəhudilərə aid olması haqqında qanunundan sonra qeyri-rəsmi olaraq seçki kampaniyasına başladı. Qəzzada fasilələrlə yüksələn təzyiq seçki kampaniyasına kölgə saldı və bu durum baş nazirə ciddi şəkildə zərər verdi. Netanyahu bu vəziyyətin fərqindədir. Belə ki, Likud Partiyasının da 4 ay əvvəllə müqayisədə reytinqində azalma müşahidə edilir. Bununla israillilərin 70 faizinin Qəzza siyasətindən məmun olmaması Netanyahunun kabusuna dönüşüb.

Conflict.az