Sumqayıtda ŞOK: intihar edən abituriyentin anası özünü EYNİ YERDƏN ATDI - YENİLƏNDİ » Conflict.az

Sumqayıtda ŞOK: intihar edən abituriyentin anası özünü EYNİ YERDƏN ATDI - YENİLƏNDİ

Gündəm / Hadisə

149

Sumqayıtda ŞOK: intihar edən abituriyentin anası özünü EYNİ YERDƏN ATDI - YENİLƏNDİSumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub.

Conflictaz-ın "Report"a isinadən verdiyi məlumata görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal tapladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.

***

Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, hələlik adı məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.

Faktla bağlı araşdlrma aparılır