Çətin dövr… » Conflict.az

Çətin dövr…

Gündəm / Dünya

20

Çətin dövr…Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasındakı görüş vacib idi.

Bunu “Faynənşl Tayms” qəzetinə açıqlamasında ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Bu, vacib görüş idi. Bununla bağlı neçə ildir çıxış edirəm. Belə bir görüşün baş tutmasına əvvəllər daha çox daxili siyasi problemlər təsir göstərirdi” – deyə o bildirib.

O həmçinin NATO-nun hazırkı kursunu da tənqid edib:

“NATO-nun səhvi onun Avrasiyadan keçən hansısa tarixi təkamül prosesinin olduğunu düşünməsidir. NATO rəhbərliyi anlamır ki, hansısa məqamda bu yolda o, Qərb dövlətçilik ideyalarından tam fərqlənən bir şeylə qarşılaşacaq. Biz hazırda bütün dünya üçün çox çətin dövr yaşayırıq”.

Conflict.az