Gürcüstanda daha bir yüksək vəzifəli şəxs istefa verdi » Conflict.az

Gürcüstanda daha bir yüksək vəzifəli şəxs istefa verdi

Gündəm / Dünya

39

Gürcüstanda daha bir yüksək vəzifəli şəxs istefa verdiGürcüstanda Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri Giorgi Mqebrişvili istefa verib.

APA-nın məlumatına görə, G. Mqebrişvili istefa xahişi ilə baş nazir Mamuka Baxtadzeyə müraciət edib. M. Baxtadze onun müraciətini təmin edib.

Qeyd edək ki, G. Mqebrişvili ötən ilin noyabrından Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri idi. 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabrına qədər isə o, Gürcüstanın daxili işlər naziri olub.

Conflict.az