Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz » Conflict.az

Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz

Gündəm / Cəmiyyət

45

Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsinizŞəxsiyyət vəsiqəsinin dəyişmə müddətində onu əvəz edən sənəd olmadığından vətəndaşlar bir sıra hüquqlarını təmin edə bilmirlər. Bu isə sənədin maksimum dəyişmə müddətində, yəni 10 gün ərzində insanları bir sıra ciddi problemlərlə üz-üzə qoya bilər. Hüquqşünasların problemdən çıxış yolu kimi təklifləri var.

Şəxsiyyət vəsiqəsini dəyişən zaman kimsə 5 manatlıq rüsum ödəyib, sənədin 10 günə verilməsini gözləyirsə, o, bu zaman ərzində bir sıra hüquqlarını icra etməkdən məhrum olur. Bu isə insanların öz hüquqlarını təmin etmələrində problemlər yaradır.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər vətəndaşın şəxsiyyət vəsiqəsini dəyişmə müddətində bu vəsiqəni əvəz edən sənədi yoxdursa, o, bankda hansısa əməliyyat apara, əgər xəstədirsə təcili əməliyyatı üçün klinika ilə müqaviləni imzalaya bilməyəcək. Ancaq vətəndaşın bu zaman kəsiyində məhrum olduğu hüquqlar bununla da bitmir.

Xəyal Bəşirov təklif edir ki, vətəndaşların belə problemlərlə qarşılaşmamaları üçün şəxsiyyəti təsdiq edən və şəxsiyyət vəsiqəsi statusunda hansısa müvəqqəti sənədin verilməsi məqsədəuyğun olardı.

Conflict.az