Beyləqan Təhsil şöbəsilə bağlı məlumatlarda RİH-nin başçısı Vaqif Abdullayev nə üçün zərbə müstəvisinə çıxarılır? » Conflict.az

Beyləqan Təhsil şöbəsilə bağlı məlumatlarda RİH-nin başçısı Vaqif Abdullayev nə üçün zərbə müstəvisinə çıxarılır?

Gündəm / Bölgə

64

Beyləqan Təhsil şöbəsilə bağlı məlumatlarda RİH-nin başçısı Vaqif Abdullayev nə üçün zərbə müstəvisinə çıxarılır? Son bir neçə gündür ki, mətbuat yenə də Beyləqan rayon Təhsil şöbəsində baş verən hadisələrlə bağlı müxtəlif mövzulu, hətta ittiham dolu məlumatlar dərc edir. Məsələnin ən qəribə və maraqlı tərəfi isə artıq Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin zərbə müstəvisinə çıxarılmasıdır. Sifarişçi, informator və s. adını nə istəyrsnz qoyun, özündən öncəkinin obrazını (düz və ya səhv, bu barədə bir az sonra - Conflict.az) cızarkən əslində ciddi problemin bünövrəsinə də imza atıb. Əvvəla mətbuatda Beyləqan Təhsil şöbəsi ilə və ya bu qəbildən dərc edilən məqalələr tək qapıya oynanılan futbolu xatırladır. Belə ki, dərc edlən məlumatların əksəriyyətində 2016-cı ilin may ayında vəzifəsindən getmiş Tofiq Sadıqov ttiham edilir. Maraqlı nüansdır. Nədən 2016-cı ildə baş verənlər 2018-ci ilin müzakrə predmetidir? Onu da qeyd edək ki, Conflict.az onlayn ictimai - siyasi qəzeti olaraq kiminsə müdafiə məsələlərini üzərmizə götürməmişik və bu bizim funksiyamızda deyil. Sadəcə KİV haqqında qanunun (Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ ; Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.) müvafiq bəndinə əsasən araşdırma hüququmuzdan istifadə etmək qərarına gəldik. Əslində çoxlu maraqlı nüanslarda məhz bu vaxt ortaya çıxdı.
1. Nədən Beyləqan Təhsil şöbəsi haqqında hər hansı məlumat dərc edilərkən məhz TŞ-nin sabiq müdiri Tofiq Sadıqov xatırlanır?
Ötən gün Conflict.az-ın əməkdaşı Beyləqan Təhsil şöbəsinn sabiq müdiri Tofiq Sadıqovla əlaqə saxladı. Əməkdaşımıza haqqında yazılan məsələlərlə bağlı danışan T.Sadıqov qeyd etdi ki, bu cür şər-böhtan kampaniyasından narahat deyil. "Mən mətbuta böhtan xarakterli məlumat ötürənlərin kimliyini təxmin edirəm. Adamlar az qala hər gün mənimlə görüşürlər. Lakin nə üçün belə etdikləri və kimin sifarişini yerinə yetirdikləri haqqında dəqiq məlumatım yoxdur. Kimisə ittiham etmək mənə yaraşmaz. Mən çalışmışam ki, bütün ömrüm boyu ziyalı kimi yaşayım. Amma nə edə bilərik bəzən insanlar fərqli düşünüb, fərqli yaşamağa üstünlük verirlər. Ən qəribəsi isə bu fərqlilik məhz qərəzli istiqamətdə olur. Mən hər kəsə uğurlar arzlayıram."
Göründüyü kimi adam haqqında dərc edilənlərin sifarişçisni bilsə də, məsələnin üstündən ustalıqla keçərək, özünün qeyd etdiyi kim ziyalı mövqeyini qorumağa çalışdı. Əslində ziyalılıq tərəfsizlikdir, qərəzsizlikdir. Əməkdaşımızla söhbətndə Tofiq Sadıqovda bu mövqeyini maksimum qorudu.
2. Hətta fərz etsək ki, rayonda qruplararası mübarizə olsa belə, nədən Beyləqan rayon icra Hakimiyyətinin başçısı Vaqif Abdullayev zərbə müstəvisinə çıxarıldı?
Əvvəla mətbuata ötürülən informasiyanın təyinatı sadəcə qara PR-dir. Şəxs və ya şəxslər Beyləqan rayon TŞ-nin sabiq müdiri T.Sadıqov haqqındakı informasiyanı tündləşdirərək dövriyyəyə buraxmaq məqsədi güdsələr də, burada ən çox aşağılanan şəxs məhz Beyləqan RİH-nin başçısı Vaqif Abdullayevdir. Əvvəla V.Abdullayev ölkə Prezidentnin müvafiq Sərəncamı ilə Onu məhz bu bölgədə təmsil edən şəxsdr. Prezident təmsilçisinə "mediada kəllə atdırmaq" taktikası nəinki bəyənilən deyil, əslində bu gizli və ya dolayısı yolla nələrinsə mesajı kimi də qəbul edilə bilər. Yəni adam Prezident təmsilçisinə əyalət məmurunun kəllə atmasını yalan və ya düz dövriyyəyə buraxmaqla nə demək istəyir? Əslində bu məsələdə günahkar mətbuat deyil, informatordur. Və ya sifarişçidir. Deməli bir və ya hər iki şəxsin gizli məqsədləri var. Bəs nədir o məqsəd?
Sözsüz ki, məsələni diqqətdə saxlayacağıq. Və araşdırmalarımız davam edəcək.
Ən maraqlı məqam isə baş verənlər konteksində Beyləqan rayon Təhsil şöbəsinin müdirəsi Xuraman Rüstəmovanın hadisələrə seyriçi mövqeyidir. Əslində əgər onun baş verənlərdə hər hansı rolu yoxdursa ən düzgün mövqe də məhz elə budur. Lakin...
Diqqətimizi bir müddət öncə mətbuatda Faktinfo.az saytı vasitəsilə yayılmış təkzib cəlb etdi.
Təkzibdə deyilir: ... Təhsil Şöbəsinin müdirinin gəlini Lamiyə Hüseynovanın şəhər 3 nömrəli tam orta məktəbə direktor təyin edilməsi iddiası da yanlışdır.
Xatırldaq ki, redaksiyaya bu məsələ ilə bağlı bəzi sənədlər daxil olmaqdadır. Mənbənin verdiyi məlumata görə...
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az