Şok ixtira: Hərbiçilər texnikanı görünməz edir » Conflict.az

Şok ixtira: Hərbiçilər texnikanı görünməz edir

Gündəm / Dünya

103

 Şok ixtira: Hərbiçilər texnikanı görünməz edirHərbçiləri və hərbi texnikanı ətraf mühitin rənginə uyğunlaşdıran örtük yaratmışıq.

Bu sözləri Rusiyanın “Rosteç” müdafiə sənayesi şirkətinin rəhbəri Sergey Çemezov deyib.

O bildirib ki, görünməz örtük qarşıdakı günlərdə sərgilərdən birində nümayiş olunacaq:

“Biz daim hərbçilər üçün təchizatlar yaradıb, modernləşdiririk. Əsas məqsəd döyüşçümüzün təhlükəsizliyini təmin etmək, avadanlıqları gücləndirməkdir. Son yeniliklərimizdən biri də buqələmun kimi ətrafın rəngini mənimsəyən örtük oldu”.

Çemezov bildirib ki, yeni icadın yardımı ilə hərbçiləri, hərbi texnikaları görünməz hala gətirmək mümkün olacaq.

Conflict.az