Gənc liderlə MOSSAD-ın sirli əməkdaşlığı » Conflict.az

Gənc liderlə MOSSAD-ın sirli əməkdaşlığı

Gündəm / Dünya

92

Gənc liderlə MOSSAD-ın sirli əməkdaşlığı Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman İsrail kəşfiyyatı (MOSSAD) tərəfindən qorunur.

Bu iddia ilə ABŞ-ın “MSNBC TV” telekanalı çıxış edib.

İsraildəki diplomatik mənbələrə istinad etdiyini iddia edən TV qeyd edir ki, şahzadə Səudiyyə Ərəbistanında baş verə biləcək çevriliş təhlükəsinə qarşı MOSSAD tərəfindən mühafizə olunur.

Telekanal Məhəmməd bin Salmanın təhlükəsizlik məsələsində yalnız İsrail kəşfiyyatına güvəndiyini iddia edir və onun Səudiyyə Ərəbistanı ordusu və kəşfiyyatına güvənmədiyinə diqqət çəkir.

Conflict.az