“Xilaskar” həbs olundu

Gündəm / Dünya

57

“Xilaskar” həbs olunduParlament seçkiləri zamanı deputatlığa namizədlərdən biri də özünü “peyğəmbər” elan edib...

İraqda bir yaşlı adam özünü “Məsih”(xilaskar - Xristianlıqda İsa peyğəmbərin(s) adlarından biri) elan edərək sosial şəbəkələrdə video-müraciət yayıb.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, yalançı “elçi” özünün Allah tərəfindən yer üzündə ədalətin bərqərar olması üçün göndərildiyini bəyan edib.

Bundan sonra Həşim Cabbar adlı dələduz adam polis tərəfindən saxlanılıb. O, öz bəyanatlarından imtina edərək iraqlılar və bütün xristianlardan üzr istəyib.

İctimaiyyət də saxta “Məsih” in bəyanatına ciddi yanaşmayıb. Bir çox illərdir müharibə, daxili münaqişələr və yoxsulluq içində çabalayan İraqda dəfələrlə özlərini “Məsih” elan edənlər peyda olub. Hətta son parlament seçkilərində deputatlığa namizədlərdən biri də özünü peyğəmbər elan edib.
Sultan Laçın

Conflict.az