Bakıda avtobusu qəzası: Ölən və yaralananlar var

Gündəm / Cəmiyyət

38

Bakıda avtobusu qəzası: Ölən və yaralananlar varBakı Nəqliyyat Agentliyi Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yayıb.

90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

***

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Səngəçal qəsəbəsi ərazisində yük avtomobili ilə 149 saylı sərnişin avtobusu toqquşub. Hadisə zamanı sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Hadisə zamanı ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hadisə yerinə gələn Təcili Tibbi yardım stansiyasının maşınları ilə yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Ölən və yaralananların kimliyi araşdırılır

Fakt üzrə cinayət işi başlayıb.

Conflict.az